“Sadəcə sırğa taxdığım üçün evdən qovuldum”

“Durun, çıxın evimdən!” — Rüzgar Əliyev kirayə ev axtararkən ayrı-seçkiliyə məruz qalıb

Rüzgar Əliyev bizə sosial mediada belə yazıb:

“Keçən günlərin birində mən yeni ev axtarırdım, evi tapdım və danışdım — hər şeyə ok idim. Eyni şəkildə ev yiyəsi də. Görüşdüyümüz şəxs evin yiyəsi idi, makler deyildi. Nəysə ki, artıq görüşəsi olduq, evə baxmağa getdik. Elə taksidən düşən kimi evə girdik, bizi qarşıladı. Birinci dostumu gördü, dostumun 2 qulağında sırğa var idi. ‘Bu nədi?’ – dedi. Sonra məni gördü, ‘Bu nədi?’ – dedi, birdən ‘Durun, s…rin… çıxın evimnən!’ və bizə digər söyüşlər ünvanladı. Biz hadisənin şokundayıq, bizi evdən çıxardı. Biz də reaksiya verə bilmədik, yəni heç gözləmirdik.”

LGBTQİ+lar hələ də Bakıda və ölkənin müxtəlif yerlərində kirayə ev taparkən açıq ayrı-seçkilik, təhqir və zorakılıqla üzləşirlər.

LGBTQİ+lar ev axtararkən kimliklərini gizlətməyə, bəzən isə təhlükə qorxusundan başqa adla və ya vasitəçi ilə kirayə tutmağa məcbur olurlar.

Rüzgarın yaşadığı hal bir şəxsin hekayəsi deyil — oxşar hadisələr dəfələrlə qeydə alınıb.

Powered by Froala Editor