LGBTQİ+ amerikalılar Kanadada sığınacaq axtarır
Renee Nicole Good-un öldürülməsindən sonra LGBTQİ+ amerikalılar Kanadada sığınacaq axtarışlarını artırıb
10/Jan/26
85
Renee Nicole Good-un öldürülməsindən sonra LGBTQİ+ amerikalılar Kanadada sığınacaq axtarışlarını artırıb
ABŞ-də LGBTQİ+ icması arasında təhlükəsizliklə bağlı qorxular artdıqca, Kanadada sığınacaq almaq yolları ilə bağlı axtarışlar da çoxalıb. Bu barədə PinkNews məlumat verib. Renee Nicole Good-un Minneapolis şəhərində İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşı tərəfindən güllələnərək öldürülməsindən sonra “LGBTQ+ asylum Canada” ifadəsi üzrə Google axtarışlarında kəskin artım qeydə alınıb.
37 yaşlı 3 uşaq anası Good yanvarın 8-də Minneapolisdə ICE əməliyyatı zamanı güllələnib. Şəhər rəhbərliyinin yaydığı məlumata görə, o, xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən həyatını itirib. Hadisənin videosunda özünü onun həyat yoldaşı kimi təqdim edən qadının qar üstündə oturaraq fəryad etdiyi görünür.
Minneapolis meri Jacob Frey hadisəni sərt şəkildə pisləyərək ICE-ni şəhəri tərk etməyə çağırıb. O bildirib ki, qurumun fəaliyyəti təhlükəsizlik yaratmaq əvəzinə, əksinə zorakılığı artırır.
Hadisə ABŞ prezidenti Donald Trump-un vəzifəyə başlamasından bir il sonra baş verib. Bu müddət ərzində Trump administrasiyası yalnız iki genderi tanıyan qərar, 19 yaşdan aşağı trans gənclər üçün genderi adaptasiyası xidmətlərin məhdudlaşdırılması, orduda DEI proqramlarının ləğvi və transların hərbi xidmətə “yararsız” elan edilməsi kimi bir sıra anti-LGBTQİ+ sərəncamlar qəbul edib.
Powered by Froala Editor