Tüpürcək immun sistemi barədə məlumat verə bilər
Tüpürcək immun sisteminin vəziyyəti barədə mühüm məlumat verə bilər
10/Jan/26
69
Tüpürcək immun sisteminin vəziyyəti barədə mühüm məlumat verə bilər
King’s College London alimlərinin Hindistanda Könüllü Sağlamlıq Xidmətləri (Voluntary Health Services) və Avstraliyada Griffiths Universiteti ilə birgə apardığı araşdırma göstərib ki, tüpürcək qanla müqayisədə fərqli və zəngin immun hüceyrə tərkibinə malikdir.
Hüceyrə İmmunologiyası jurnalında (Journal of Cellular Immunology) dərc olunan tədqiqata əsasən, tüpürcəkdə viruslarla mübarizə aparan və iltihabı tənzimləyənlər də daxil olmaqla 10-dan çox immun hüceyrə növü aşkarlanıb. Bəzi hüceyrələr tüpürcəkdə qandan daha yüksək səviyyədə olub. Bu da ağız boşluğu, ağciyər və bağırsaq kimi selikli qişaların qorunmasında xüsusi rol oynaya biləcəyini göstərir.
Araşdırmada istifadə olunan axın sitometriyası metodu həftələr sonra götürülən nümunələrdə belə stabil nəticələr verib. Bu isə COVID-19, allergiyalar və autoimmun xəstəliklər daxil olmaqla müxtəlif vəziyyətlərdə immun sisteminin uzunmüddətli və qeyri-invaziv izlənməsinə imkan yarada bilər.
Alimlər bildirir ki, tüpürcək əsasında aparılan bu cür testlər gələcəkdə xəstəliklərin daha əlçatan və ağrısız monitorinqinə yol aça bilər.
Powered by Froala Editor