AŞPA Əvəz Hafizlinin qətlini qətnamədə qeyd edib
AŞPA Əvəz Hafizlinin qətlini və Azərbaycanda LGBTQİ+lara qarşı zorakılığı qətnamədə qeyd edib
25/Jun/26
22
AŞPA Əvəz Hafizlinin qətlini və Azərbaycanda LGBTQİ+lara qarşı zorakılığı qətnamədə qeyd edib
Avropa Şurasının Parlament Assambleyası iyun 2026-cı ildə Azərbaycanda müxalif səslərin susdurulmasına dair əhatəli qətnamə qəbul edib. Sənəddə LGBTQİ+ aktivisti Əvəz Hafizlinin faciəli ölümü də qeyd olunub.
Avropa Şurasının Parlament Assambleyası (AŞPA) iyun 2026-cı ildə Azərbaycandakı insan hüquqları vəziyyətinə dair qətnamə sənədini qəbul ediub. "Azərbaycanda tənqidi səslərin susturulması" adlı hesabat belçikalı deputat Christophe Lacroix tərəfindən hazırlanıb və repressiyanın geniş miqyasını sənədləşdirib.
Əvəz Hafizlinin ölümü
2022-ci il fevralın 22-də Avaz Hafizli Bakıdakı evində öz əmisi oğlu tərəfindən öldürülüb. O, Azərbaycanda LGBTQİ+ icmasına qarşı zorakılığı və haqsızlıqları işıqlandıran cəsarətli aktivist və jurnalist idi. O, müstəqil video-xəbər saytı Kanal 13-də reporter kimi işləyirdi.
Onun fəaliyyəti heç vaxt asan olmamışdı. O, Mediya Qanununa qarşı mitinqlərə qoşulmuş, hökuməti LGBTQİ+lara qarşı ayrı-seçkiliyə son verməyə çağırmışdı. Baş prokurorluğun qarşısında özünü hasara bağlayaraq LGBTQİ+ icmasına yönəlmiş təhdidlərə görə hərəkətsizliyə etiraz etmişdi.
AŞPA hesabatına görə, qatil Əmrullah Qulaliyev əmisi oğlunun seksual oriyentasiyası və bu sahədəki fəallığı ilə bağlı mübahisə zamanı cinayəti törətdiyini etiraf edib. Məhkəmə onu 9 il 6 ay həbs cəzasına məhkum edib.
Bundan da vacib olan odur ki, hesabat dövlətin bu işə münasibətindəki boşluqları sadalayır. Cinayətin Əvəz Hafizlinin jurnalist fəaliyyəti, LGBTQİ+ aktivizmi və kimliyi ilə əlaqəsi lazımi qaydada araşdırılmayıb. Nifrət nitqinə qarşı qanunların mövcud olmadığı, LGBTQİ+ müdafiəçilərinin mühafizə mexanizmlərinin yoxluğu, polislin bu işə münasibətindəki "geniş ictimai stiqmanın" izlərini daşıyan qərəzli yanaşma hesabatda narahatlıq kimi qeyd olunub.
"Az iş görülüb"
AŞPA hesabatı Əvəz Hafizlinin ölümünü təcrid olunmuş bir hadisə kimi deyil, daha geniş bir mənzərənin parçası kimi qiymətləndirib. Sənəddə deyilir ki, Azərbaycanda homofobiya və transfobiyaya məruz qalan şəxslərə yönəlmiş təhdid və təhqirlər əhəmiyyətli həcmdədir, lakin bun qarşı demək olar ki, heç bir addım atılmır.
Hesabat, dövlətin öhdəliklərini belə ifadə edir:
"LGBTİ+ icması da daxil olmaqla, insan hüquqları müdafiəçilərinin həyat və təhlükəsizliyinə yönəlmiş fiziki hücumlar, zorakılıq aktları və ya zorakılıq təhdidləri, o cümlədən nifrət cinayətləri düzgün şəkildə araşdırılmalı, günahkarlar isə məsuliyyətə cəlb olunmalıdır."
Müstəqil medianın məhv edilməsi
Əvəz Hafizlinin işi daha geniş bir repressiyanın fonunda baş verib. Hesabat bu repressiyanı rəqəmlərlə canlandırıb. Azərbaycan 180 ölkə arasında mətbuat azadlığı indeksində 171-ci yerdədir, Avropa Şurası üzvü olan dövlətlər arasında ən aşağı sırada yer alıb. 2026-cı ilin əvvəlinə olan məlumata görə ölkə daxilindən fəaliyyət göstərən heç bir müstəqil media qurumu yoxdur.
Onlarca müxbir və media işçisi uydurma cinayət ittihamları ilə həbs edilib. Abzas Media komandası üzvləri 7,5-dən 9 ilə qədər həbs cəzasına məhkum edilib. Toplum TV-nin ofisi basqına məruz qalıb, onlayn kanalları silinib.
Bu basqı LGBTQİ+ icmasını üç tərəfdən sıxışdırıb. LGBTQİ+ məsələlərini işıqlandıran az sayda müstəqil nəşr belə aradan qaldırılır, jurnalistlər təzyiqə məruz qalır, nifrət nitqinə görə məsuliyyət nəzərdə tutan hüquqi mexanizmlər isə demək olar ki, mövcud deyil.
AŞPA nə tələb edir?
Qətnamə Azərbaycan hakimiyyətindən bir sıra ciddi addımlar atmasını tələb edir. Bunların arasında LGBTQİ+ fəallar da daxil olmaqla insan hüquqları müdafiəçilərinə yönəlmiş nifrət cinayətlərinin düzgün araşdırılması, həbs olunan jurnalistlərin azad edilməsi, siyasi məhkumların işlərinə yenidən baxılması, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra edilməsi yer alır.
Assambleyada digər üzv dövlətlər üçün tövsiyələr də yer alıb. Belə ki, siyasi səbəblərdən mühacirətə məcbur olan müxaliflərə, aktivistlərə, jurnalistlərə viza verilməsi asanlaşdırılmalı, siyasi motivli ekstradisiya tələblərindən imtina edilməli, sığınacaq müraciətləri diqqətlə nəzərə alınmalıdır.
Powered by Froala Editor