Avropa siyasətçilərinin Rusiyaya ismarıcı
Yüzlərlə LGBTİ fərdi tutulub və bir neçəsi qətlə yetirilib
10/Apr/19
5851
Avropa siyasətçiləri Rusiyanın Çeçenistandakı gey təmizlənməsinə qarşı mübarizə aparmamasını sərt şəkildə üzünə vurub
Yüzlərlə LGBTİ fərdi tutulub və bir neçəsi qətlə yetirilib.
Avropa siyasətçiləri Çeçenistandakı homofobik təmizlənmənin həlli yolunda Rusiyanın uğursuzluğuna sərt xəbərdarlıq edib
Çeçenistanda yüzlərlə LGBTİ icma fərdi həbsdə saxlanılır. Onların bir çoxu işgəncəyə məruz qalıb və hətta bəziləri edam edilib.
2016-cı ildə başlayan "gey təmizlənməsi" Çeçenistanda hələ də davam edir.
Hətta indiyədək təmizlənmə prosesi nə yavaşıma, nə də dayanma əlaməti göstərib. 2018-ci ilin dekabr ayından etibarən daha 40 nəfər nəzarətə alınıb və ən azı 2 nəfər öldürülüb.
Rusiyanın Çeçenistandakı vəziyyəti yavaşıtmaqda və ya tamamən bitirməkdə uğursuz olmağı Avropa siyasətçilərinin hiddətinə səbəb olub. Çeçenistandakı hakimiyyət orqanlarının "bölgədə gey fərdlər mövcud deyil" deyərək bütün iddiaları inkar etməyi Rusiyaya qarşı daha böyük reaksiyalara gətirib çıxarıb.
LGBTİ İnterqrupunun həmsədri Terri Raintke belə deyib: "Bölgədə nəinki LGBTİ fərdləri mövcuddur, hətta onların hər kəs kimi insan haqları var. Çeçenistandakı LGBTİ fərdlərinin və dünyadakı başqa hər kəsin təhlükəsizliyi uğrunda mübarizə aparmağa davam edəcəyik."
Avropa Şurası Parlament Assambleyası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi bir çox beynəlxalq qurum insan hüquqlarının pozulduğu bu vəziyyətə son qoyulmasını tələb edib və Çeçenistanın bu addımlarını ağır şəkildə qınayıb.
LGBTİ İnterqrupunun vitse-prezidenti Sofi int Veld insan hüquqlarının açıq-aşkar pozulduğu bu vəziyyəti dayandırmaq üçün təcili tədbirlərin görülməsini tələb edib və Rusiyanın yanlış addımlar atdığını vurğulayıb.
"Daha çox adamın həbsə atılmağını, işgəncəyə məruz qalmağını və öldürülməyini gözləyə bilmərik", - o deyib.
"Rusiyanın beynəlxalq ictimaiyyətdən gələn bir çox tövsiyələri və istəkləri dinləməsi vaxtdır."
Həmçinin bax:
Çeçenistanda lezbiyanlar da qətlə yetirilir