No Hate, Yes Dialogue!
Təlim çərçivəsində seçilmiş 21 nəfər iştirakçı bloq hazırlanması və yazılması ilə bağlı məlumatlandırılacaq.
18/Apr/19
1799
8-12 may tarixlərində Avropa İttifaqının təşəbbüsü olan “Bacarıqların artırılması və vətəndaşların iştirakı ilə sülh quruculuğu” ( “PeaCE”) Proqramı çərçivəsində “Nifrətə Yox, Dialoqa Hə!” (“No Hate, Yes Dialogue”) təlimi keçiriləcəkdir. Təlim çərçivəsində seçilmiş 21 nəfər iştirakçı bloq hazırlanması və yazılması ilə bağlı məlumatlandırılacaq. Həmçinin təlim nifrət nitqi, diskriminasiya, stereotip, stiqma və zorakılıq kimi mövzuları əhatə edəcək. Təlimin sonunda iştirakçılar irəli sürdükləri ideyalar əsasında öz bloq yazılarını hazırlayıb paylaşacaq.
Dil: Azərbaycan dili
İştirak kriteriyaları:
- 18-25 yaş aralığında olmaq;
- Bütün sessiyalarda iştirak etmək imkanına sahib olmaq.
Son müraciət tarixi: 4 may 2019
Uğurlu müraciət halında yaş kriteriyasına yenidən baxılır.
Qeydiyyat formu: Google Form