Söyüş sənəti - Homoerotika
Söyüş bir çox insanın gündəlik həyatının bir hissəsidir
20/Jun/19
14812
Söyüş bir çox insanın gündəlik həyatının bir hissəsidir
Di gəl ki, bəzi kəlmələrin tabu sayılmasının səbəbi məlum deyil. Xüsusilə, bəzi söyüşlərin istifadə olunması sosial arzuolunmaz davranışların idarə olunmasına xidmət edir və sosial bədgümanlıq yaradaraq insan qruplarını bir araya toplayır.
Gender rollarının mövcudluğu genderə yönəlmiş söyüşlərin var olması və istifadəsi üçün əsasdır və bu, gender stereotiplərinin davamlı olmasına köməklik edir.
Genderə yönəlmiş söyüşlər bir kateqoriya olaraq, hər hansı genderin ictimai qəbul edilən davranışa zidd olan hərəkətlərini qadağan etmək üçün güclü bir vasitəni təmin etmiş olur.
Kişilər bir-birini, adətən, homofobik və mizoginist sözlərlə (petux, kişi qəhbəsi, götverən və s.) və ya homoseksual davranışları ehtiva edən söyüşlərlə təhqir edirlər. Çünki homoseksual kişilər maskulinlik və femininlik arasındakı sosial qəbul olunmuş incə sərhədlərə ləkə gətirdikləri üçün, bu kateqoriyadakı təhqirlər (məs: petux) ifrat feminin sayılan davranışlara qarşı nəzarət mexanizmi kimi istifadə olunur. Bu kateqoriyadakı söyüşlərin altında yatan güc qadınların və homoseksualların cəmiyyətin dəyərsiz üzvü olması inancından formalaşır.
Küçədə gəzərkən qəfildən kiminsə telefonda: “Səni çaldıraram!”, ya da “Sikərəm azğını!” dediyini eşitməmiş olmazsız. Bunları telefonda əsasən kişilər bir-birinə deyir. Homoerotik səslənsə də, çox böyük ehtimalla, cisgender heteroseksual kişilər “sikmək”, “soxmaq” və “çaldırmaq” kimi ifadələri təhqir kimi istifadə etməkdə problem görmürlər.
Sikmək ifadəsi: fallosentrik olub, kişi hegemoniyasını ifadə edir (seks vaxtı iki tərəf: sikən və sikilən) və adətən kişilər istifadə edir, çünki penisləri var (transfob səslənməmək üçün deyirəm ki, heç də hər kişinin penisi yoxdur). Sonuncu yazıda “sikən” və “sikilən” ifadələrini qeyd etmişdim, oxuculardan biri rəydə “sikişmək” ifadəsinin qeyri-etik olduğunu bildirmişdi.
Nəzərinizə çatdırım ki, insanlar seksual aktlarını təhqir kimi istifadə etməsəydi, o zaman “sikmək” və “sikişmək” kimi ifadələr qeyri-etik görsənməzdi.
Məsələn: “Səni çaldıraram” ifadəsində qüsurlu olan nədir? Çaldırmaq və ya çalmaq (bloucob) seksin bir hissəsidir. Seksdəki hərəkətlər əgər təhqirdirsə, o zaman niyə sevgiliniz və ya partnyorunuzu çaldırırsız? Cisgender heteroseksual kişilər arasında belə bir adət də var: çaldırdıqları qızla öpüşməzlər, çünki çaldırmaq təhqirdir, təhqir olunmuş qadının dodaqlarına toxunmaq olmaz. Bəlkə də başqa məna var, bilmirəm. Sikiniz azğına dəyib, ona görə öpüşmürsüz ki, sizin də dodaqlarınız sikə dəymiş olacaq?
Alternativ olaraq, yuxarıdakı söyüşlər (petux, kişi qəhbəsi, götverən və s.) insanları bir araya gətirmək üçün vasitə kimi işlənə və söyüş söyənlər öz aralarında "maskulin" kimi müəyyən edilən güclü bir daxili qrup formalaşdıra bilər.
Genderə yönəlmiş söyüşlər həm də söyüşlərin iki aydın funksiyasını icra edir: mədəni və sosial cəhətdən arzuolunmaz davranışların idarə olunması və insan qruplarının formalaşması.
Genderə yönəlmiş söyüşlərin gücü cəmiyyətin maskulinlik və femininlik anlayışlarına köklənmişdir. Bundan başqa, kiminsə genderə yönəlmiş təhqirdən istifadə etməsi ənənəvi gender rollarını dəstəkləmək üçün qoyduqları dəyərləri ilə bağlıdır.
Müəllif: Vahid Əli