Subay homoseksual ata və daun sindromlu qızı
İtalyan Luka Trapanes və onun daun sindromlu qızı Albanın İnstaqram şəkillərinə bir dəfə göz gəzdirmək kifayətdir ki, istənilən buz bağlamış qəlb hərarətlə dolsun. Ailə məhz budur.
02/Dec/19
4498
İtalyan Luka Trapanes və onun daun sindromlu qızı Albanın İnstaqram şəkillərinə bir dəfə göz gəzdirmək kifayətdir ki, istənilən buz bağlamış qəlb hərarətlə dolsun. Ailə məhz budur.
Luka artıq uzun zaman idi ki, ailə qurmaq istəyirdi. Lakin 10 il əvvəl sevgilisindən ayrılanda artıq bu xəyal reallaşmayacaqmış kimi görünürdü. Əlbəttə, Alba ilə tanış olana qədər. 2017-ci ildə övladlığa uşaq götürməklə məşğul olan agentlikdən zəng gəlir və deyirlər ki, Luka 3 aylıq balaca bir qızı övladlığa götürə bilər. Alba daun sindromlu olduğu üçün 20 ailə tərəfindən rədd edilmişdi, lakin Luka onu ilk dəfə görəndən etibarən ona böyük sevgi ilə sarılır.
“Onu ilk dəfə qucağıma alanda, bütün ruhum sevinc hissi ilə doldu, elə o andan anladım ki, Alba mənim qızımdır.”
Hal-hazırda Luka və qızı Alba çox xoşbəxt həyat yaşayırlar. Onlar mütəmadi olaraq İnstaqramda maraqlı şəkillər paylaşaraq nümunəvi ailə modeli nümayiş etdirirlər.