İllik İcmal – Azərbaycan II


Avropanın Gey və Lezbiyanların Beynəlxalq Assosasiyasının (İLGA-Europe) 2019-cu il üçün Azərbaycana dair illik icmalı.

Bu icmal 2019-cu ilin yanvar ayından dekabr ayına qədər olan tarixi əhatə edir. İcmal İLGA-Europe və Azərbaycandan olan LGBTİ və kuir hüquqları üzrə ixtisaslaşmış insan hüquq müdafiəçiləri tərəfindən hazırlanmışdır. 

İcmalın mətninin ikinci hissəsi ilə aşağıda tanış ola bilərsiz. İcmalı hissə-hissə paylaşacağıq. 

Bədənin toxunulmazlığı

Mart ayında onlayn xəbər saytında interseks yeniyetmə üzərində əməliyyat aparıldığı bildirilib. Yeniyetmə körpə olduğu zaman razılığı olmadan tibbi müdaxilələrə məruz qalmışdır. Məqalədə stiqmalaşdırıcı dildən istifadə edilmişdir. Yerli aktivistlər yeniyetmə ilə əlaqə qura bilməyiblər. 


Təhsil

Aprel ayında 14 yaşlı Elina Hacıyeva homofob zorbalıq səbəbiylə oxuduğu məktəbin pəncərəsindən ataraq özünü öldürməyə cəhd etdi. Elinanın anası və müəllimlərinin direktora zorbalıq barədə bildirsələr də, heç bir tədbir görülməmişdir. İntihara cəhddən sonra direktor Elinanı bir saat öz kabinetində saxlamışdır. Elina daha sonra xəstəxanada ölmüşdür. Oktyabrın 16-da Baş prokuror məktəb müdirini 2,5 il müddətinə azadlıqdan məhrum etdi və onun təhsil müəssisələrində üç ilə qədər hər hansı bir vəzifədə qalmasını qadağan etdi. 24 oktyabrda Səbail Rayon Məhkəməsi direktorun cəzasının qalan hissəsini, yəni iki il iki ayı, 23:00-07: 00 saatları arasında ev dustaqlığına buraxılmasına qərar verdi. Hər iki tərəf hökmdən şikayət edir. 

Fəallar məktəb zorakılığına qarşı təbliğatlarını davam etdirdilər. Mayın 13-də Təhsil Nazirliyi Fəaliyyət Planını təsdiq etdi və oktyabr ayında "Mənimlə Danış" adlı anti-zorbalıq kampaniyasına başladı. 


Bərabərlik və anti-diskriminasiya

Yanvar ayında Nəfəs LGBT Azərbaycan Alyansı Davamlı İnkişaf Məqsədlərinin (DİM) tətbiqi ilə bağlı bir çox nazirlikə sorğu göndərdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cavab verən yeganə qurum oldu, ancaq LGBTİ uşaqları, gənclər və LBT qadınları ilə bağlı suallara cavab verilməmişdir.

Sentyabr ayında Nəfəs LGBT Azərbaycan Alyansı yanvar və iyun ayları arasında LGBTİ-lərə qarşı ayrıseçkilik və zorakılığı, nifrət cinayətlərini, eləcə də məişət zorakılığı, məktəbdə zorakılıq, qəsb, şantaj, polis tərəfindən işgəncə və pis rəftar, və polis toxunulmazlığı əks etdirən hesabat çap etmişdir. 

Azərbaycan hava yollarının AZAL-ın üç əməkdaşı sosial mediada trans sərnişinin şəxsi məlumatlarını, o cümlədən pasportunun fotosunu yaydıqdan sonra işdən qovuldu. Aviaşirkət üzr istədi

Alman qadınla evli olan və Almaniyada yaşayan bir azərbaycanlı mühacir Mariya M., səlahiyyətlilər tərəfindən Hamburqda yaşamağa davam etməsi üçün Bakıya qayıtmağı və viza üçün müraciət etməli olduğu bildirilib. Maria M. Azərbaycanda lesbofob təcavüzə məruz qalıb və evliliyi onu ciddi təhlükə qarşısında qoya bilər. Mariya sığınacaq üçün müraciət etmişdir. 


Sərbəst toplaşma azadlığı

Polisin icazə verməməsinə baxmayaraq, təşkilatçılar 20 oktyabrda aksiya keçirdilər. Məişət zorakılığına etiraz aksiyası polis tərəfindən dağıdıldı. Bir neçə iştirakçı zədələnmiş və saxlanılmışdır. Bir qrup iştirakçı Elina Hacıyeva üçün ədalətə çağıran köynəklər geyinmişdir (bax: Təhsil).


Özünü ifadəetmə azadlığı

Böyük Britaniyanın Bakıdakı Səfirliyi bu il yenidən Homofobiya, Bifobiya və Transfobiyaya Qaşrı Beynəlxalq (İDAHOBİT) gündə göy qurşağı bayrağını qaldırdı.

LGBTİ-lər bu il müsahibələr, sosial media paylaşımlarısəhifələr vasitəsi ilə daha çox onlayn görüntü əldə etdilər. 

Sentyabrda Beynəlxalq Müasir İncəsənət Festivalı çərçivəsində bir isveçli qrafiti rəssamı Bakıda trans qadının nəhəng bir qrafitisini çəkmişdir. Yerli sakinlər bir neçə gün sonra rəsmi orqanlara şikayət etdilər, onlar da qrafitinin yarısını örtərək rənglədilər.