Polşanın üçdə biri “LGBTİ-dən azad zonadır”
Yerli bələdiyyələr "LGBT təbliğatına" qarşı qətnamələr qəbul edib imzaladıqdan sonra Polşanın üçdə biri özünü rəsmi "LGBTİ-free" (LGBTİ-siz, və ya LGBTİ-dən azad) zona elan edib.
26/Feb/20
2668

Artıq 100-ə yaxın Polşa bələdiyyə və ya yerli hökumət orqanları özlərini "LGBTİ ideologiyasından azad" olduqlarını elan ediblər. Bu ərazilərdəki yerli hökümətlər dözümlülüyü (tolerantlılığı) təşviq edən hərəkətlərdən çəkinəcəklərini və bərabər hüquqların təşviqi üçün çalışan QHT-lərə maddi yardım göstərməkdən yayınacaqlarını vəd edib.
Avropa Parlamentinin dekabr ayında LGBTİ-dən azad zonalar konsepsiyasını sərt şəkildə qınayan qətnaməsi qəbul edildikdən sonra da ərazi böyüməyə davam edib.