Aktyor Nil Patrik Harris 2004-cü ildə əri Devid Burtka ilə tanış olub və o vaxtdan bəri bir-birilərinə aşiqdirlər. Onlar ilk görüşlərindən 10 il sonra, 2014-cü ildə evləniblər. Bu yaxınlarda Nil Patrik Harris ilk görüşlərinin 16-cı ildönümündə 16 illik münasibətləri haqqında danışıb. “How I Met Your Mother” serialının ulduzu özünün İnstaqram hesabında diqqətəlayiq bir paylaşım edib:

“16 il əvvəl bu yaraşıqlı kişi ilə görüşə getdim və heç vaxt da onu tərk etmədim. Sonsuz sərgüzəştlərə görə təşəkkür edirəm. Səndən başqa elə bir kəs yoxdur ki, mən ona görə səndən üz döndərim.”

Devid Burtka da ildönümə görə sevimli bir şəkil paylaşıb. O, bu ildönümünün ən romantik olmasa da, ən yaddaqalanlardan biri olduğunu yazıb. O əlavə edib ki, karantinini başqa heç kimlə keçirmək istəməzdi.


Powered by Froala Editor