Qəzəbli valideynlər İndoneziyanın Medan şəhərində məktəbin qarşısında etiraz aksiyası keçirirlər. Məktəb direktorunun sosial şəbəkələrdə gey olduğu bildiriləndən sonra onun istefasını tələb edirlər. Kumparan-ın dediyinə görə, 23 dekabr çərşənbə günü “Uşaqlarımızı qoruyun, qurbanları gözləməyin!” yazılmış plakatlar tutan onlarla valideyn məktəbin qarşısında toplanıb.

Valideynlərdən biri yerli jurnalistlərə bildirib ki, ictimaiyyətə açıqlanmayan direktor bu ilin aprel ayında Feysbukda gey çıxarılıb. Raiman adlı valideyn: "Bu hadisə çoxdan, dörd ay əvvəl Feysbukda yayılıb və direktorla kişi dostu arasındakı münasibətlərin mahiyyətini ortaya qoyub", - deyib.

Valideyn bildirib ki, məktəb direktoru daha sonra kişilərlə cinsi əlaqədə olduğunu qəbul edib, ancaq bunun bir "səhv" olduğunu və bunu etməkdən çəkinəcəyini söyləyib.

"Qorxuruq, çünki Feysbukda onun yalnız bir dəfə deyil, bir neçə dəfə digər kişilərlə [cinsi əlaqədə] olduğu deyildi", - deyə valideyn əlavə edib.

İndoneziyada valideynlər gey direktorun uşaqlara təcavüz edə biləcəyini iddia edir.

Raiman dərin təhqiredici homofobik fikir olaraq, homoseksuallıq və pedofiliya arasında paralellər aparmaq üçün valideynlərin direktorun uşaqlarına təcavüz edə biləcəyindən qorxduqlarını söylədi. Direktorun məktəb tualetindən istifadə edən uşaqların mühafizə kameralarından vidoe görüntülərini toplayacağından qorxduğunu söylədi.

"Uşaqlarımızın qurban olmasına icazə verməyin", - dedi və 300 valideynin direktorun vəzifəsindən dərhal uzaqlaşdırılması üçün imza topladıqlarını söylədi.

Mənbə: PinkNews

Powered by Froala Editor