Dubay LGBTİ+ hüquqlarına dair böyük konfransa ev sahibliyi edəcək


Homofobik Dubayın LGBTİ+ hüquqlarına dair böyük konfransa ev sahibliyi etməsi natiqlərin təhlükəsizliyi üçün qorxulara səbəb oldu. 

Dünyanın ən homofob ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirliklərində LGBTİ+ hüquqlarına dair konfrans keçiriləcək.

2021-ci ilin may ayında Dubayda Beynəlxalq Gender Kimliyi və LGBT Hüquqları Konfransı keçiriləcək.

Konfrans gender kimliyi və LGBTİ+ hüquqları ilə bağlı “aparıcı akademikləri, tədqiqatçıları və araşdırmaçı alimləri təcrübələrini və tədqiqat nəticələrinin bütün aspektləri ilə bölüşmək üçün” bir araya gətirir.

“Disiplinlərarası platforma” dünyanın müxtəlif yerlərindən olan tədqiqatçılara və alimlərə LGBTİ+ icmasının qarşılaşdığı problemləri müzakirə etməyə imkan verəcəkdir.

Bununla birlikdə, konfransı idarə edən elm təşkilatı olan Dünya Elm, Mühəndislik və Texnologiya Akademiyası tədbirini dünyanın ən anti-LGBTİ+ ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirliklərində keçirdiyini qəbul etməyib.

Birləşmiş Ərəb Əmirliklərində kişilər və qadınların homoseksual cinsi əlaqəsi federasiya qanununun Şəriət qanunlarına əsaslanan 354-cü maddəsinə əsasən qanunsuzdur. Cəzaya sürgün, kimyəvi axtalama, cərimələr, həbs və edam daxil ola bilər.

Eynicinsli əlaqələrin və transların hüquqi tanınması yoxdur və hətta cross-dressing də qanunsuzdur. LGBT+lər Şəriət Qanununa tabe olan federal cəza qanunu altında təqib olunsa da, hər bir əmirliyin də özünə xas olan və kuir icmasını cinayət məsuliyyətinə cəlb edən hüquq sistemi vardır.

Xüsusi olaraq Dubayda cinayət məcəlləsinin 177-ci maddəsi razılıqlı gey cinsi əlaqəni 10 ilə qədər həbs ilə cəzalandırır.



Powered by Froala Editor