Avropa İnsan Hüquqları Məhkəməsi Rumıniyanın təqsirkar olduğunu bildirdi


Avropa İnsan Hüquqları Məhkəməsi Rumıniyanın trans kişiləri əməliyyat olmadan tanımağı rədd etməsinə görə təqsirkar olduğunu bildirdi.

Avropa İnsan Hüquqları Məhkəməsi iki trans kişinin cərrahi müdaxilə edilmədiyi təqdirdə gender kimliyini tanımağı rədd etdiyi üçün Rumıniyaya qarşı qərar çıxardı.

19 yanvar çərşənbə axşamı günü AİHM Rumıniyanı “Şəxsi və ailə həyatına hörmət hüququ”nu dəstəkləyən Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsini pozmaqda təqsirkar hesab etdi.

Məhkəmə sənədlərində X və Y kimi göstərilən kişilərin hər ikisi 44 və 38 yaşlarında Rumıniya vətəndaşıdır. Onların məhkəmə iddiaları 2013-cü ildən, adlarını və genderlərini qanuni olaraq dəyişdirmək üçün səlahiyyətlilərin “genderi yenidən təyinetmə əməliyyatı apardıqlarına dair sübut gətirmələrini” söylədikləri vaxtdan başlayır.

Hər iki fərd üst (top) əməliyyatı və hormon terapiyasından keçmişdi və X-də gender kimliyi pozuntusundan əziyyət çəkdiyini təsdiqləyən üç tibbi arayış var idi, lakin yerli məhkəmələr hüquqi gender dəyişikliyinin “erkən” olacağını iddia etmişdilər.

Onların müraciətləri kişi kimi tanınmaq üçün əlavə alt (bottom) əməliyyatı etdirmələri lazım olduğu əsas götürülərək rədd edilmişdi. Alt (bottom) əməliyyatı Rumıniyada çətin bir prosedurdur, çünki bir çox həkim məhkəmə qərarı olmadan əməliyyatı həyata keçiirmir. 

“Yerli məhkəmələr genderi yenidən təyinetmə əməliyyatı keçirmək istəməyən müraciətçilərə qeyri-mümkün bir dilemma təqdim etmişdir”, -  deyə AİHM bildirir.

"Ya daha yaxşı məhkəmə qərarı üçün əməliyyat olunmalı - və bununla da, fiziki bütövlüyünə hörmət etmək hüququndan tam istifadə etməməyi - ya da gender kimliklərinin tanınmasından imtina etməli idilər. Bu isə şəxsi həyata hörmət hüququ daxilində yer alır."

AİHM kişilərin “həssas, narahat və alçaldılmış” vəziyyətə gətirildiyini iddia edib. Bu da “ümumi maraq və sözügedən şəxslərin şəxsi maraqları arasındakı ədalətli tarazlığa uyğun gəlmir”.

Rumıniya dövlətinə “emosional sıxıntı” səbəbi ilə iddiaçının hər birinə 7,500 avro cərimə, habelə kişilərdən birinin iki əməliyyatı üçün 1,153 avro təzminat ödəməsi əmri verilib.


Mənbə: PinkNews



Powered by Froala Editor