İİV peyvəndi: sınaqlar ümidverici nəticələr göstərir
Eksperimental İİV peyvəndi sınağı ümidverici nəticələr göstərib və tədqiqatçıların Moderna ilə ortaq olmasına səbəb olub
16/Feb/21
3026
İİV peyvəndi: sınaqlar ümidverici nəticələr göstərir
Eksperimental İİV peyvəndi sınağı ümidverici nəticələr göstərib və tədqiqatçıların Moderna ilə ortaq olmasına səbəb olub.
Alimlər bir gün potensial HİV peyvəndinə səbəb ola biləcək bir araşdırmanın ümidverici nəticələr göstərdiyini söyləyib.
Beynəlxalq QİÇS Peyvəndi Təşəbbüsü (IAVI) və Scripps Research şirkətinin tədqiqatçıları birinci mərhələdəki sınağın nəticələrinin virusa qarşı istifadə edilə biləcək yeni bir peyvənd növü üçün “sübut” kimi göstərildiyini söyləyiblər.
İİV infeksiyasının qarşısını almaq üçün təsirli olacaq peyvənd təxminən on dörd ildir ki, əlçatmazdır. Səbəb virusun immunitet sistemindən qaçmaq üçün daima fərqli növə çevrilməsidir.
Bununla birlikdə, sınaqlar müxtəlif HİV növlərini təsirsiz hala gətirə biləcək “anticisim meydana gətirmə prosesinə başlamaq üçün lazım olan nadir immun hüceyrələrin istehsalını stimullaşdırmaqda" müvəffəq olub.
Powered by Froala Editor