Xaricdə gender adaptasiyası əməliyyatı etmək
Translar xaricdə (hazırda ən çox Türkiyədə) gender adaptasiyası əməliyyatı keçdikdən sonra onları narahat edən - ölkəyə qayıtdıqdan sonra nə olacağı ilə bağlıdır
19/Feb/21
1889
Xaricdə gender adaptasiyası əməliyyatı etmək
Translar xaricdə (hazırda ən çox Türkiyədə) gender adaptasiyası əməliyyatı keçdikdən sonra onları narahat edən - ölkəyə qayıtdıqdan sonra nə olacağı ilə bağlıdır.
Məlumat üçün qeyd edim ki, gender adaptasiyası əməliyyatını keçmiş transı bütün tibbi sənədləri üzərində olduğu halda sərhəddə saxlamırlar. Belə ki, əməliyyatı başa vurduqdan sonra klinikada ona əməliyyat barədə sənədlər verilir, bu sənədlərin hansılar olduğunu, adətən, klinikaların özləri bilir.
Bir şeyi də qeyd edim ki, bəzi hallarda ölkənin kuirfobik olması səbəbilə dövlət sərhəd işçiləri və ya hava yollarının işçiləri tərəfindən transların sənədlərinin şəklinin sosial şəbəkələrdə yayması halları da müşahidə olunub. Bu səbəbdən, gender adaptasiyasını həyata keçirib, ölkəyə qayıdan transların bu hallarla qarşılaşmaması üçün bütün zəruri addımları atmaları məsləhətdir. Yox, əgər gözdən qaçsa və şəkil sosial şəbəkədə yayılsa, bu barədə mütləq hüquq-mühafizə orqanlarına və məsuliyyətli şirkətə şikayətlərini bildirməlidirlər.
Əslində, gender adaptasiyası əməliyyatından sonra ölkəyə qayıdan vətəndaşa sənədlərindəki cinsini (genderi) və adını dəyişmək üçün tibbi arayış kifayət etməlidir. Lakin, təəssüflər olsun ki, proses daha uzundur.
Gender adaptasiyası əməliyyatından sonra ölkəyə qayıdan şəxslər şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etməlidir. Bu zaman Daxili İşlər Nazirliyi (polis) onu dəyişməkdən imtina edəcəkdir. Səbəb kimi isə doğum haqqında şəhadətnamədə cinsin (genderin) fərqli qeyd olunması göstəriləcək. Eyni zamanda, ya doğum haqqında şəhadətnamənin dəyişdirilməsi, ya da dəyişiklik barədə məhkəmə qərarının gətirilməsi istəniləcək.
Gender adaptasiyası əməliyyatı keçmiş şəxsin növbəti addımı Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı (ZAQS) şöbəsinə getmək olacaqdır. VVAQ da hər hansı bir sənədin verilməsindən imtina edəcək.
VVAQ-dan verilən imtinadan sonra vətəndaş məhkəməyə şikayət etməlidir. Məhkəmə gender adaptasiyası faktını tanıyacaq. Məhkəmə qərarı da bir növ yuxarıda sözü gedən tibbi arayışdakı qeyd olunan məlumatların, yəni gender adaptasiyasının hüquqi təsdiqlənməsi rolunu oynayır. Gender adaptasiyası əməliyyatını keçmiş vətəndaş məhkəmə tərəfindən təqdim olunan qərarla həm doğum haqqında şəhadətnaməni, həm də şəxsiyyət vəsiqəsində adı və cinsi (genderi) dəyişə bilir.
Powered by Froala Editor