Düz 5 il əvvəl Azad LGBT təşkilatının sədri və Azərbaycanda LGBT hərəkatının ən səsli və tanınmış nümayəndəsi İsa Şahmarlı "Bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil" deyərək intihar etdi. Aramızdan 20 yaşlı İsa Şahmarlı - böyük və parlaq bir LGBT aktivisti getdi!!! Biz bu gün onun xatirəsini hörmətlə və ürəkağrısı ilə anır və onun xatirəsini əziz tutan və bizimlə birgə kədərlənən hər bir kəsə güclü və səbrli olmalarını arzu edirik! Ruhun şad olsun, İsa! LGBT icması səni boyük hörmət və dərin kədər hissi ilə yad edir! Sevgi elə sevgidir! Və bunu sən özünün açıq-aşkar LGBT aktivistliyi ilə göstərdin.


İsa Şahmarlının çəkdiyi "Ğ" filmi.