Yaponiya: eynicinsli nikah qadağası 'konstitusiyaya ziddir'
Yaponiyada LGBTİ+ icmasının tarixi qələbəsi olaraq, əyalət məhkəməsi ölkənin eynicinsli evliliyə olan qadağasının “konstitusiyaya zidd” olduğuna qərar verib
17/Mar/21
2474
Məhkəmənin qərarına görə, Yaponiyanın arxaik eynicinsli nikah qadağası 'konstitusiyaya ziddir'
Yaponiyada LGBTİ+ icmasının tarixi qələbəsi olaraq, əyalət məhkəməsi ölkənin eynicinsli evliliyə olan qadağasının “konstitusiyaya zidd” olduğuna qərar verib.
Ölkə konstitusiyası hal-hazırda evliliyi “hər iki cinsin qarşılıqlı razılığı” əsasında təyin etsə də, Yaponiyanın Sapporo əyalətindəki məhkəmə 2019-cu il Sevgililər Günü münasibətilə Yaponiya hökumətinə qarşı iddia qaldıran 13 eynicinsli cütlük arasında olan iddiaçıların tərəfini tutub.
Cütlüklər dörd əyalət məhkəməsində - paytaxt Tokyo, şimalda Hokkaydo adasında Sapporo və mərkəzi Yaponiyanın Nagoya və Osaka məhkəmələrində nikah bərabərliyinin tanınmaması səbəbindən təzminat tələb edərək məhkəməyə müraciət ediblər. Sapporo iki ildən çox bir müddət sonra hökm çıxaran ilk bölgədir.
İddiaçıların vəkilləri konstitusiyadakı ifadələrin məcburi evliliyin qarşısını almaq olduğunu və bu səbəbdən eynicinsli cütlüklərin evlənməsinin qarşısını almaq üçün istifadə edilməməsini müdafiə ediblər.
Sapporo əyalət məhkəməsi mental çətinliklərə görə verilməli ziyanı ödəməsə də, eynicinsli cütlüklərin evliliyə bərabər çıxış imkanının qarşısının alınmasının “konstitusiyaya zidd” olduğuna, bunun da digər əyalət məhkəmələrinin qərarları üçün bir nümunə ola biləcəyinə qərar verib.
Mənbə: PinkNews
Powered by Froala Editor