Tələbə Təşəbbüsü Qalata körpüsünə göy qurşağı bayrağı asıb

Türkiyədə Tələbə Təşəbbüsü (Öğrenci İnisiyatifi) LGBTİ+lərə olunan hücumlara qarşı Qalata körpüsünə göy qurşağı bayrağı asıb.

Göy qurşağı bayrağının üstündə “Öyrəşin, Burardayıq, Tələbə Təşəbbüsü” yazılıb.

Təşəbbüs bayrağın fotoşəkillərini "Homofobiya və transfobiyaya, iqtidar blokunun diskriminativ siyasətinə cavabımız aydındır: LGBTİ+ insanlar var! Boğaziçi Müqavimətimiz və rənglərimiz saxlanılma, həbs və təzyiqlə qadağan edilə bilməz. Sənətdə, tələbə şəhərciyində, küçədə, həyatın hər yerindəyik. ÖYRƏŞİN, BURADAYIQ!" - şərhi ilə paylaşıb.


Mənbə: KaosGL



Powered by Froala Editor