Qəddar Arkanzas anti-trans qanun layihəsinin sponsoru uşaqların özlərini pişik kimi identifikasiya etdiyini iddia edib

Arkanzasda qəddar anti-trans qanun layihəsinin Respublikaçı sponsoru uşaqların indi pişik kimi identifikasiya etdiyini deyən anlaşılmaz iddia ilə çıxış edib.

Mary Bentley House Bill 1749-u dəstəkləyib, bu qanun layihəsinə əsasən, dövlət məktəbləri, əyalət kollecləri və universitetlər müəllimlərdən şagirdlərin genderinin "bioloji cinslərindən" fərqli olduqları təqdirdə onların üstünlük verdikləri ad və əvəzliklərdən istifadə etmələrini tələb edə bilməz.

Qanun layihəsi 8 Aprel cümə axşamı günü əyalətin Nümayəndələr Palatasından keçdikdən sonra Senatın qərarını gözləyir.

Qanunun əleyhinə olanlar bunun Bentley'nin məmnuniyyətlə təsdiqlədiyi vəziyyəti, yəni trans tələbələrini qəsdən misgender etməyi seçən müəllimləri qoruduğunu söyləyirlər.

“Heç kimi hər hansı nitqə məcbur etmir. Heç kimin nitqini qadağan etmir. Bu, məktəblərimizdə müəyyən bir şəxs əvəzliyini istifadə etmədiyi üçün məhkəməyə verilmək istəməyən professor və müəllimlərə kömək edir," - deyə bildirib.

Bentley Arkanzasda baş verən bu tip hadisələr haqqında, əslində, bilmədiyini etiraf etmək məcburiyyətində qalıb; doğrudan da, ABŞ-ın hər hansı bir yerində şagirdləri misgender etdiyinə görə müəllimlərin məhkəməyə verilməsi halları çox az olub.

Yenə də respublikaçı bu mövzuda bir sıra narahatlıq keçirən müəllimlərlə danışdığını israr edib və bundan əlavə, bəzi şagirdlərin özlərini heyvan kimi müəyyənləşdirdiyini deyib. 

Mənbə: PinkNews

Powered by Froala Editor