Qürur bayrağı ABŞ bayrağı ilə eyni dirəkdə dalğalanacaq
Joe Biden rəhbərliyi səfirliklərin ABŞ bayrağı ilə eyni dirəkdə Qürur bayrağını dalğalandırmasına icazə verəcək
24/Apr/21
2395
Joe Biden rəhbərliyi səfirliklərin ABŞ bayrağı ilə eyni dirəkdə Qürur bayrağını dalğalandırmasına icazə verəcək
Biden-Harris rəhbərliyi ABŞ səfirliklərinə LGBTİ+ Qürur bayrağını ABŞ bayrağı ilə eyni bayraq dirəyində dalğalandırmaq üçün tam təsdiqini verib.
Dövlət katibi Antony Blinken ABŞ-ın dünyadakı diplomatik elçilərinə hər iki bayrağı eyni dirəkdən qürurla dalğalandırmağa icazə verməyə dair sözünü yerinə yetirib.
Bununla da, Blinken Trump dövründə göndərilən qadağanı ləğv edib. Bu da səfirlərin bayrağı 17 May - Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiyaya Qarşı Gündən və iyun Qürur ayından əvvəl dalğalandırmasına yol açıb.
Foreign Policy-nin nəzərdən keçirdiyi məxfi danışığa görə, direktiv həm qadağanı, həm də bəzi süründürmələri aradan qaldırarkən, səfirlik və konsulluq rəhbərlərindən bayraq dalğalandırmaq tələb olunmayacaq.
Bunun əvəzinə, nümayəndəlik rəhbərlərinə bayraq və ya LGBTİ+ icması ilə həmrəylik göstərən başqa simvolu qaldırmaq seçimi veriləcəyi vurğulanıb.
Bu cür simvollar "yerli şərtlər baxımından uyğun" olanlara əsaslanacaq" deyə Blinken danışıqda bildirib. LGBTİ+ hüquqlarına müsbət baxmayan ölkələrdə və bölgələrdə bayrağın necə təxribat yarada biləcəyi nəzərə alınıb.
Hal-hazırda ABŞ diplomatik nümayəndəlikləri ABŞ Dövlət Departamentinin yüksək rəhbərliyindən qeyri-ABŞ bayraqlarını dalğalandırmaq üçün yazılı təsdiq tələb etməlidirlər, lakin Blinken danışığı LGBTİ+ Qürur bayraqları üçün bu rəsmiyyəti tamamilə aradan qaldırıb.
Mənbə: PinkNews
Powered by Froala Editor