Əkinçi layihəsi Qürur Ayını dəstəkləyib


Əkinçi layihəsi müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə ediləməyən mövzular haqqında videomateriallar dərc edən yerli platformadır. Layihə tez-tez gender məsələləri mövzusuna da müraciət edir. 

Bu gün 8 iyunda Əkinçi öz sosial şəbəkə hesablarında Qürur Ayına həsr edilmiş illüstrasiyanı izləyiciləri ilə paylaşıb. Bu rəsmi Əkinçi üçün istedadlı illüstrator Aidanaly hazırlayıb.

İllüstrasiya bu cümlə ilə müşayiət olunub: “İyun ayı LGBTQ+ icması arasında Qürur Ayı kimi qeyd olunur. LGBTQ+ fərdlərinin hüquq və azadlıqları təmin edilmədən firavan cəmiyyət qurmaq mümkün deyil.”


Platforma həmçinin ənənəvi olaraq, növbəti 24 saat üçün yayımlayacağı göy qurşağı loqosu Qürur Ayına həsr edib.



Powered by Froala Editor