Bakıda translar etiraz edib

Blogger Sevinc Hüseynovanın LGBTQ icması haqqında fobik videomüraciəti trans qadınların etirazına səbəb olub. 

İyunun 8-i Bakıda 10 nəfər LGBTQ icma üzvü 17-ci polis bölməsinin qarşısına gələrək etiraz edib. Onlar deyib ki, sözügedən video nalayiq və təhqiramizdir və minlərlə insanın şərəf və ləyaqətini alçaldır. Bu səbəbdən qadınlar Sevinc Hüseynovadan polisə şikayət edərək, məsələ ilə bağlı qanuni tədbirlərin görülməsini tələb ediblər. 

Zərərçəkənlər sözlərinə görə, bu cür fobik çıxışlar transların intiharına səbəb ola bilər. Damla adlı zərərçəkən deyib ki, Sevinc Hüseynovanın etdiyi çağırışlar LGBTQ-lərə qarşı nifrət cinayətlərinə və qətllərə yol açır. 

Qeyd edək ki, blogger Sevinc Hüseynova öz videomüraciətində həm də transların kafe və restoranlara buraxılmamasını tələb edib. 

Damla bildirir ki, bu, Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının pozulması deməkdir. 

Zərərçəkənlər məsələ ilə bağlı məhkəməyə müraciət edəcəklərini və öz haqlarını sonadək müdafiə edəcəklərini bildiriblər. Onlar artıq polis bölməsində şikayət ərizəsi yazıblar. 

Şikayətçilər yaşamaq hüquqlarının olduğunu və azadlıqlarının əllərindən alına bilməyəcəklərini deyiblər. 



Powered by Froala Editor