Macarıstan: Lewis Hamilton ‘saxta xəbər’ yayır
Macarıstan Lewis Hamilton-u biabırçı anti-LGBTİ+ propaqanda qanununu tənqid etdiyinə görə ‘saxta xəbər’ yaymaqda ittiham edib
01/Aug/21
2235
Macarıstan Lewis Hamilton-u biabırçı anti-LGBTİ+ propaqanda qanununu tənqid etdiyinə görə ‘saxta xəbər’ yaymaqda ittiham edib
Macarıstanın Ədliyyə Naziri Lewis Hamilton-u ölkənin rəzil anti-LGBTİ+ "propaqanda" qanununa qarşı danışdığı üçün "saxta xəbərlər" yaymaqda ittiham edib.
Macarıstandakı Grand Prix yarışından əvvəl rəy bildirən Hamilton LGBTİ+lərin mediada, məktəb materiallarında və reklamlarda göstərilməsini qadağan edən yeni qanun məsələsində "qorxaq" Macarıstan hökumətini açıq şəkildə tənqid edib.
Hamilton 29 iyulda Instagram hesabında "Gözəl Macarıstanda yaşayan hər kəsə," deyə yazıb. "Bu həftə sonu Grand Prix yarışından əvvəl hökumətin anti-LGBTİ+ qanunundan təsirlənənlərə dəstəyimi göstərmək istəyirəm."
"İqtidardakıların belə bir qanun təklifi qəbuledilməz, qorxaq və yanlış bir addımdır. Kimi sevməsindən və ya özünü necə identifikasiya etməsindən asılı olmayaraq, hər kəs özü olma azadlığına sahib olmağı haqq edir."
"Göründüyü kimi, uşaqları qorxutmaq üçün təqdim edilmiş "propaqanda" qadağası LGBTİ+ kimliklərini pedofiliya ilə bərabərləşdirir və bir sıra AB qanununa ziddir."
Qanun beynəlxalq liderlər, qanunvericilər və aktivistlərdən geniş miqyasda qınanmalarla qarşı-qarşıya qalıb və Avropa Birliyini Macarıstana qarşı "LGBTİQ insanların fundamental hüquqlarının pozduğu" üçün hüquqi tədbirlər görməyə məcbur edib.
Powered by Froala Editor