Bakıda trans qadın qətlə yetirilib

3 gün əvvəl Qaradağ rayonu Puta qəsəbəsində əli-qolu bağlı şəkildə yandırılmış qadın cəsədi aşkar edilib.

Yerli trans icmasının Minority Azerbaijan-a verdiyi məlumata görə, öldürülən şəxs iyul ayında özünə toy şəklində doğum günü keçirən və bununla da sosial şəbəkələrdə tanınan Nuray adlı trans qadın olub. İlkin otopsi nəticələri Nurayın 18 avqustda əlləri bağlı şəkildə bıçaqlanaraq qətlə yetirildiyini aşkar edib. 

Avqustun 24-ü axşam saatlarında yerli trans icması trans qadının qətlinə etiraz olaraq Ombudsman aparatının qarşısında aksiya keçirib. 

Ombudsman Aparatı qarşısında trans etirazçı, 24 Avqust. Foto: Ülviyya Əli

Aksiya iştirakçıları bu ilin iyul ayında öz İnstaqram hesabında qatı transfobik və homofobik çıxış edən, transların cəmiyyətdən təcrid edilməsini tələb edən blogger Sevinc Hüseynovaya da diqqəti çəkiblər. Onlar bildiriblər ki, translara olunan hücumlarda bu cür çağırışların rolu var. Onlar Sevinc Hüseynovaya qarşı tədbirlər görülməsini tələb ediblər.

Qeyd edək ki, ILGA-Europe beynəlxalq LGBTQ təşkilatının reytinqlərində Azərbaycan son beş ildir ki, LGBTQ hüquqlarının müdafiəsi üzrə 49 Avropa ölkəsi arasında sonuncu yeri tutur. Ölkədə mütəmadi olaraq, homofobik və transfobik zəmində cinayətlər baş verir. 



Powered by Froala Editor