Düzgün əvəzliklərdən istifadədən imtina insan hüquqlarını pozur
Kiminsə düzgün əvəzliklərindən istifadə etməkdən imtina etmək onların insan hüquqlarını pozur, Kanada məhkəməsini qərar verib
03/Oct/21
2147
Kiminsə düzgün əvəzliklərindən istifadə etməkdən imtina etmək onların insan hüquqlarını pozur, Kanada məhkəməsini qərar verib
Kanadanın Britaniya Kolumbiyasındakı insan haqları məhkəməsi bir insanın düzgün əvəzliklərindən istifadə etməməyin insan hüquqlarını pozduğuna qərar verib.
Britaniya Kolumbiyası İnsan Hüquqları Məhkəməsi bar müdirindən they/them (red: onlar - gender neytral olmayan dillərdə əvəzliklər binar olur) əvəzliklərdən istifadə etməsini xahiş etdikdən sonra işdən qovulan, 32 yaşlı qeyri-binar, axışkan genderli və trans restoran xidmətçisi Jessie Nelsonun lehinə qərar verib.
Britaniya Kolumbiyası İnsan Hüquqları Məhkəməsinin üzvü Devyn Cousineaunun hökmünə görə, Brian Gobelle işçi Jessie Nelsona israrla "sweetheart" (canım), "balım" və "çəhrayı" kimi genderli ləqəblərlə müraciət edib.
Nelson Gobelledən dayanmasını istəsə də, o imtina edib və aralarında bu mövzuda olan ikinci söhbət "qızışıb". Dörd gün sonra Nelson restoranı idarə edən Ryan Kingsberry tərəfindən işdən qovulub.
Hakim Cousineau Nelsonun insan hüquqlarının genderinin qəsdən təhrif olunaraq pozulduğunu qəbul edib. Hakim Kanada restoranının rəhbərliyinə Nelsona 30 min dollar təzminat ödəməyi, habelə "bütün heyət və menecerlər üçün müxtəliflik, ədalətlilik və inklüzivlik mövzusunda məcburi təlim tətbiq etməyi" əmr edib.
Powered by Froala Editor