QueeRadar 2020-ci ilin monitorinqini yayımladı
QueeRadar - Medianın queer monitorinqi platforması 2020-ci ili əhatə edən monitorinqin nəticələrini yayımlayıb
22/Oct/21
3336
QueeRadar 2020-ci ilin monitorinqini yayımladı
QueeRadar - Medianın queer monitorinqi platforması 2020-ci ili əhatə edən monitorinqin nəticələrini yayımlayıb.
Monitorinq aşağıdakı suallara cavab tapmağa çalışıb:
Keçən il LGBTİQ+ vətəndaşlar üçün nə ilə yadda qaldı?
Azərbaycan mətbuatı LGBTİQ+ ilə əlaqədar aktual hadisələri necə əks etdirdi?
LGBTİQ+lərin təqib edilməsi və öldürülməsi fonunda media necə davrandı?
Verilən xəbərlər hansı kontekstdə, hansı sərhədlər daxilində, kimdən müsahibə alaraq, kimdən almayaraq, hansı məqamı qabardaraq, hansını arxa plana ataraq hazırlandı?
Hesabatla tanış olmaq üçün keçiddən istifadə edə bilərsiniz.
Qeyd edək ki, QueeRadar mətbuatdakı LGBTIQ+fobiyanı aşkarlamaq, ictimailəşdirmək və onunla mübarizə aparmaq üçün ortaya çıxan bir təşəbbüsdür. Məqsədi həm Azərbaycan mətbuatındakı LGBTIQ+fobik kontentləri göstərmək, həm onların arxivini formalaşdırmaq, həm də bu mövzuda mətbuatın inkişafına nail olmaqdır.
Powered by Froala Editor