Taliban tərəfindən yandırılan gey əfqan beynəlxalq LGBT+ icmasının 'bizi unutduğunu' söyləyib

Taliban üzvü tərəfindən yandırılan əfqanıstanlı gey beynəlxalq LGBT+ birliyinin dəstək və həmrəylik göstərməməsindən "şoka düşdüyünü" söyləyib.

Şəxsiyyətini qorumaq üçün soyadı gizlədilən Sohil avqust ayında Talibanın hakimiyyəti ələ keçirməsindən sonra həyatı qarışıqlığa uğramış gənc əfqanıstanlı geydir.

Əfqanıstan homoseksuallığı heç vaxt qəbul etməyib, lakin o, digər geylərin kiçik bir şəbəkəsi ilə əlaqə saxlayıb. İndi onların hamısı "kölgədə yaşayır" - ekstremist qrupun onları ələ keçirilməsindən və işgəncələrdən yayınmaq üçün gizləniblər.

"Təsəvvür edin ki, həyatınızla bağlı böyük ümidləriniz var, hər şeyiniz var və sonra bir gün oyanırsınız və hər şey yox olur", o, PinkNewsa deyib. “Universiteti itirdim, həyatımı itirdim, icmamı itirdim. Əlaqədə olduğum oğlanlar belə hamısı kölgədə yaşayır. Hamısı özlərini gizlədirlər."

Gündəlik həyatı Taliban hakimiyyəti ələ keçirməzdən əvvəl olduğundan çox fərqlidir. Sohil ekstremistlərin seksuallığını silahlandırmadan əvvəl sadəcə "normal bir insan" olduğunu söyləyib. O, Əfqanıstandan çıxmaq və özü üçün bir həyat qurmaq ambisiyaları olan bir tibb tələbəsi olub. İndi isə evindən qaçmaq məcburiyyətində qalıb - ailəsinə insan haqlarını dəstəkləməsinin onu Taliban hədəfinə çevirə biləcəyini söyləyib.

Sohil Əfqanıstanda qaldığı hər gün təhlükə altındadır. Bu yaxınlarda bir Taliban üzvünün onu qaynar su ilə yandırması nəticəsində travma alıb. Hadisə pasport və doğum haqqında şəhadətnaməsinin surətini almaq üçün yerli hökumət idarəsinə getdiyi zaman baş verib.



Powered by Froala Editor