Məhkəmə bərabər tibbi imtiyaz təklifini rədd edib
Cənubi Koreya məhkəməsi gey cütlüyün bərabər tibbi imtiyaz üçün təklifini rədd edib
09/Jan/22
1269
Cənubi Koreya məhkəməsi gey cütlüyün bərabər tibbi imtiyaz təklifini rədd edib
Cənubi Koreyanın ən yüksək məhkəmələrindən biri LGBTİ+ hüquqlarını möhkəmləndirmək üçün faydalı olacaq, tibbi imtiyazlara bərabər çıxışı təmin etməyə çalışan mühüm iddianı rədd edib.
Seul İnzibati Məhkəməsi cümə günü yanvarın 7-də 30 yaşlı So Seong-wookun ölkənin Milli Sağlamlıq Sığorta Xidmətinə (NHIS) qarşı qaldırdığı iddianı rədd edib.
Xidmət Seong-wookun partnyoru Kim Yong-minin işəgötürənin sığortası daxilidə həyat yoldaşı ilə bağlı imtiyaz almaq imkanını geri götürüb.
Yong-min əvvəlcə partnyorunu 2020-ci ilin əvvəlində müstəqil olaraq qeydiyyatdan keçirə bilib, fəalların fikrincə, bu, ölkədə ilk belə nümunə ola bilərdi.
Lakin aylar sonra Milli Sağlamlıq Sığorta Xidməti xəbərin mediada yayımlanmasından sonra sığortanı edib, United Press International xəbər verib.
Powered by Froala Editor