Virciniyada eynicinsli nikahlar konstitusiyaya ziddir
Virciniyada eynicinsli nikahlar texniki cəhətdən konstitusiyaya ziddir
17/Feb/22
1163
Virciniyada eynicinsli nikahlar texniki cəhətdən konstitusiyaya ziddir
Virciniya ştatının Senatı ştatın konstitusiyasında eynicinsli nikahlara qoyulmuş ləğv edilmiş qadağanın aradan qaldırılmasını nəzərdə tutan qanun təklifinu qəbul edib – lakin bu, çox güman ki, uğursuzlulq nəticələnəcək.
ABŞ Ali Məhkəməsinin nikah bərabərliyini ölkənin qanunu kimi qəbul etməsindən bir il əvvəl, 2014-cü ildən Virciniya ştatında eynicinsli cütlüklərin evlənməsinə icazə verilsə də, ştatın konstitusiyası hələ də evliliyi “yalnız bir kişi və bir qadının birliyi” olaraq təyin edir.
15 fevral çərşənbə axşamı Virciniya Senatında dörd Respublikaçı Demokratlara qoşularaq bunu ləğv etmək üçün təklif edilən konstitusiya dəyişikliyini təsdiqləyib.
Təklif olunan düzəliş noyabrda ara dövr seçkilər zamanı seçici referendumu kimi əlavə olunmaq üçün indi ştatın Nümayəndələr Palatasından keçməlidir.
Los Angeles Blade xəbər verir ki, müsbət səsverməyə baxmayaraq, təklifin rədd ediləcəyi ehtimal edilib. Belə ki, Nümayəndələr Palatasının alt komitəsindəki Respublikaçılar keçən həftə eyni təklifi rədd ediblər.
Powered by Froala Editor