Gey cütlük homofobik dəstə tərəfindən zorakılığa məruz qalıb

Cütlüyün "təzə başlanğıcı" "homofobik" dəstə tərəfindən "zorakılığa məruz qaldıqdan" sonra kabusa çevrilib.

Gey cütlük nifrət cinayəti kimi araşdırılan yeniyetmələrdən ibarət dəstəsinin onları hədəf almasından sonra yeni şəhərlərindən qaçmağı planlayıb.

Kieran və Steven Douglas-Lane Liverpooldan West Midlands Dadleyə köçdükdən sonra yeni bir başlanğıca ümidli olduğunu bildiriblər. Bunun əvəzində, Kieran PinkNewsa "yeni başlanğıcımız dəhşətə çevrildi", deyib.

Evli cütlük Birmingem Road üzərindəki supermarketdən evə gedərkən elektrikli skuterdə üç yeniyetmə tərəfindən "homofobik zorakılıqla qarşılaşdıqlarını" söyləyib.

Yeniyetmələr onların poçt qutusunda “fişəng yandıracaqları” ilə hədələyərək evə qədər onları izləyiblər. 

PinkNews tərəfindən izlənilən video görüntülərdə üzlərini balaclava ilə gizlədən yeniyetmələrin cütlüyün ön pəncərəsini daşa tutduqlarını görmək olub.

West Midlands polisi hadisənin nifrət cinayəti kimi araşdırıldığını təsdiqləyib.



Powered by Froala Editor