“Heç Kəsi Arxada Qoyma” (“HAQ”) kinofestivalına çağırış

Kuir İncəsənət Festivalı Bakı/Nəfəs LGBTİ “Heç Kəsi Arxada Qoyma” (“HAQ”) yerli kinofestivalında iştirak etmək üçün açıq çağırış elan edir.

Proqrama 14 may - 19 iyun 2022-ci ildə Bakıda təşkil ediləcək ödənişsiz seminarlar daxildir.

BMT-nin “Heç Kəsi Arxada Qoyma” agendasına fokslanaraq qadınların və həssas icmaların şəhər-quruculuğunda perspektivlərini vurğulamaq və şəhər memarlığında gender əsaslı ayrı-seçkilik və sosial bərabərsizliyə qarşı problemləri və həll yollarını müzakirə etmək məqsədli dizayn olunan seminarlar həftə sonları saat 11:00-dan 17:00-dək “Baku Community Space”-də təşkil olunacaq.  

Seminarlar zamanı iştirakçılar BMT-nin Davamlı İnkişaf Məqsədlərinin şəhərsalmaya təzahürünü araşdıracaq, ssenari yazılması, çəkiliş və montajla bağlı təlimlərdə iştirak edəcəklər. 

İştirakçılar tərəfindən çəkilən bütün filmlərin premyerası keçiriləcək və yerli, eləcə də Azərbaycan, Gürcüstan və Danimarka arasında transmilli səviyyədə müzakirə olunacaq və bundan əlavə, qısametrajlı filmlər qlobal “Film Mozaika” müsabiqəsinə təqdim olunacaqlar. 

Müraciət üçün son tarix 12 maydır. 

Layihəyə müraciət şərtlərini və digər texniki məlumatları bu keçiddən öyrənə bilərsiniz.



Powered by Froala Editor