Finlandiya və Niderland səfirliklərindən 17 May mesajı
Finlandiyanın Cənubi Qafqazdakı və Niderlandın Azərbaycandakı səfirlikləri IDAHOBIT Gününün qeyd olunması münasibətilə mesaj yayınlayıblar
17/May/22
1965
Finlandiya və Niderland səfirliklərindən 17 May mesajı
Finlandiyanın Cənubi Qafqazdakı və Niderlandın Azərbaycandakı səfirlikləri 17 may Beynəlxalq Homofobiya, Bifobiya, Transfobiya və İnterfobiyaya qarşı Mübarizə Gününün qeyd olunması münasibətilə mesaj yayınlayıblar.
Finlandiyanın Cənubi Qafqazdakı səfirliyi “This is Finland” Facebook səhifəsindən paylaşım edib. Paylaşımda deyilib: “17 may Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiya ilə Mübarizə Günüdür. Finlandiya BMT, Aİ, Avropa Şurası və ATƏT kimi beynəlxalq forumlarda LGBTİ insanların hüquqlarını inkişaf etdirir, çünki biz insan hüquqlarının universal olduğuna və hamıya aid olduğuna inanırıq.”
Niderland səfirliyi əllərində LGBTİ+ bayrağı tutan işçilərinin şəklini öz Facebook səhifəsində paylaşaraq, “Bu gün Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiyaya Qarşı Mübarizə Günüdür (IDAHOT) və biz bütün dünyada LGBTIQ+ insanların bərabər hüquqlarının vacibliyinə xüsusi diqqət yetiririk. Niderland LGBTQI+ icmasının qəbulu, təhlükəsizliyi və azad edilməsinə qətiyyətlə sadiqdir, çünki müxtəliflik, inklüzivlik, bütövlük və təhlükəsizlik ayrılmaz şəkildə bağlıdır,” - deyə qeyd edib.
Powered by Froala Editor