Zooparkdan nigah masasına - Gey pinqvinlər



Ferrari və Pringle Birləşmiş Krallığın Heythrop Zooparkında tanış olublar və elə həmin andan onların sevgi hekayəsi başlayıb.
Keçən həftə isə onların baxıcıları çox gözlənilməz bir addım atıblar. Belə ki, Ferrari və Pringle üçün toy məclisi təşkil ediblər. Toy məclisi ənənəvi ritual, sonra isə Cotswoldəda əyləncəli mərasimlə davam edib. Hər iki bəy balıq ziyafətindən çox zövq alıblar. 


Pinqvinlərin baxıcısı Jess McGugan Pringle-ın əlindən tutub onu nigah mərasiminə gətirib.

"Ferrari və Pringle çox gözəl cütlükdür. Mən onları hər gün zooparkda görürəm. Bir birindən ayrı düşən kimi ağlamağa başlayırlar. Onları izləmək möhtəşəmdi." 

Həmin mərasimin video çarxını buradan izləyə bilərsiniz.