LGBTİ+ əleyhinə mitinqə məşhurlardan reaksiya
Bu gün – 18 sentyabrda İstanbul Saraçhane parkında “Böyük ailə qovuşması” adı ilə LGBTİ+ əleyhinə mitinq təşkil olunub
18/Sep/22
1312
LGBTİ+ əleyhinə mitinqə məşhurlardan reaksiya
Bu gün – 18 sentyabrda İstanbul Saraçhane parkında “Böyük ailə qovuşması” adı ilə LGBTİ+ əleyhinə mitinq təşkil olunub. Mitinqin əsas tələblərindən biri LGBTİ+lərə qarşı qanunvericiliyin yaradılması olub.
Baş tutan bu mitinqə Türkiyənin bir çox təşkilatları və məşhurları reaksiya verib. Bu haqda Haber.com məlumat verir.
“Kadın cinayetlerini durduracağıq platformu”, “Mor Dayanışma”, “Emek Gençliği” və başqa təşkilatlar, HDP partiyasının Qadın Məclisi, CHP-nin sədr müavini Gökçe Gökçen sosial şəbəkələr vasitəsilə baş verənlərə öz etirazını bildirib.
Bir sıra türkiyəli məşhurlar da keçirilən mitinqə öz etirazlarını bildirib. Onların arasında Mabel Matiz, Aleyna Tilki, Yonca Evcimik və başqaları var.
Powered by Froala Editor