"Sex Talk" meetings by at Q Collective
Two "Sex Talk" meetings were held at Q Collectiv on October 1 and 5
06/Nov/22
1690
Sex Talk
1 və 5 oktyabr tarixlərində Q Collective-də iki “Sex Talk” görüşü keçirilib. Görüşə mütəxəssis kimi cinsi terapevt Şəbnəm Sadıqova dəvət olunub.
Görüşdən əvvəl anonim sorğu vasitəsilə terapevtə suallar yönləndirilərək, sual verənin şəxsi kimliyi bilinmədən suallarına rahat şəkildə cavab tapmasına şərait yaradılıb.
Görüşlərdə seksin psixoloji tərəfləri, beyinlə cinsi istək arasında əlaqə, toksik münasibətlər haqqında müzakirələr olub. İştirakçılar görüşlərdə fikirlərini rahat səsləndirə bildiklərini, bu mövzuda rahat danışmağı öyrəndiklərini, heç yerdə danışmayacaqları mövzuları burda danışdıqlarını bildiriblər. Fərdi terapiyaların hamı üçün əlçatan olmadığını deyən iştirakçılar bu cür görüşlər tez-tez keçirilərsə, münasibətlərində nə kimi çətinliklərin olduğunu, nə kimi problemlər yaşadıqlarını bölüşərək nələrsə öyrənmiş olacaqlarını bildiriblər.
“İki görüşdə danışılanlar daha çox insana aid məsələlər kimi səslənirdi. Təşviş, travmalar, psixoloji sıxıntılar, seksual sağlamlıq, keçmiş təcrübələr..” deyən terapevt qeyd etdiyi məsələlərlə bağlı nəinki yardım tapmaq, müzakirə belə etməyin heterolarda olduğu kimi əlçatan olmadığı üçün bu mövzuların icmayla danışılmağının xüsusilə dəyərli və vacib olduğunu bildirib. Qeyd edək ki, “Sex Talk” Şəbnəm Sadıqovanın icmayla rəsmi şəkildə ilk görüşüdür.
Q Collective-in təsisçisi Kamran Əzizli insanların sekslə bağlı çox böyük tabularının olduğunu, bu haqda danışmaqda çətinlik çəkdiklərini bildirib. Görüşlərin vacibliyini icmadaxili tabuları müəyyən qədər qırmaqda, iştirakçıların özlərini yalnız hiss etməməsi üçün onları narahat edən mövzuları rahat şəraitdə danışmaqlarında görüb.
Q Collective keçən ilin oktyabr ayından icma görüşləri keçirir və görüşlərdə moderatorlar icmanın daxilindən olan şəxslər olur. Əsasən icmaya aid daha çox bilinən və müzakirələri ekspert olmadan aparıla bilən görüşlərin, iştirakçılar tərəfindən daha ictimai-siyasi olmasının istənildiyini deyən Kamran bəzi mövzularda icmanın özü-özü ilə müzakirə etməsinin kifayət olmadığını, mütəxəssislərin iştirakının vacib olduğunu bildirib. “Mütəxəssis olmalıdır ki, vəziyyəti idarə etsin, fərqli perspektivlər qoysun. Bu mövzu haqqında özümüz sıfırdan struktur qurub müzakirələr aparmaqdansa, mütəxəssis vasitəsilə əvvəlcədən bilinən, doğru struktur üzərindən müzakirələrin aparılmağı sağlam və keyfiyyətli mühit yaradır.” deyən Kamran, belə olarkən həm də mövzunun sistemli şəkildə izah olunduğunu və fərqli fasilitasiya nümunələri gördüyümüzü bildirib.
Kamran “Sex Talk” görüşləri ərzində bölüşülən hekayələr üzərindən münasibətlərdə güc dinamikasını, sekslə bağlı tabuları, travmaları müzakirə edə və mütəxəssis rəyi ala bildiyimizi vurğlayıb.
Ekspertlərlə keçirilən bu cür görüşlər sırf təlim ya da icma görüşü deyil, qarışıq formatda müzakirələrdir.
Elmira Gəray
Powered by Froala Editor