Avropa Lesbiyan* konfransına hazırlıq: Araşdırma başladı

 

Avropa Lesbiyan Konfransından əvvəl tədqiqatçılar Kika Fumero və Marta F. Herraiz təşəbbüs irəli sürdü.

Bu il 12-14 aprel tarixlərində Ukraynanın Kiyev şəhərində Avropa Lesbiyan Konfransında təqdim ediləcək araşdırma başlayıb. 

2017-ci ildə Avropa və Orta Asiyadan yüzlərlə lesbiyan/biseksual qadının iştirak etdiyi Avropa Lesbiyan Konfransının (EL*C)  yekunu olaraq keçən il Avropada lesbiyanların vəziyyəti ilə bağlı qısa bir hesabat yayımladı.

Kika Fumero və Marta F. Herraizin “Lesbiyanlar olaraq biz necəyik?” sualından yola çıxaraq hazırlamağa başladıqları araşdırma bu il daha əhatəli bir şəkildə davam edir. 

Tədqiqatçılar bu il Avropa və Orta Asiyada yaşayan lesbiyanlardan görünənlik, ayrı-seçkilik, siyasi iştirak, sağlamlıq, ailə və s. birbaşa subyektlər üzərində məlumat toplamaq üçün qısa bir anket hazırlayıblar. İngilis dilində hazırlanmış sorğuya buradan baxa bilərsiniz.

Sorğunun nəticələri bu il 12-14 aprel tarixlərində Kiyevdə keçiriləcək konfransda iştirakçılarla paylaşılacaq.

*Lesbiyan sözünün yanındakı ulduz: özünü lesbiyan, feminist, biseksual və kvir kimi ifadə edən və lesbiyan aktivizmi ilə məşğul olan hər kəs daxildir. Eyni zamanda, "lesbiyan" sözü görünənlük, güclənmə və təmsilçiliyə dair siyasi mübarizənin bir hissəsi olmaq məqsədi ilə konfrans təşkilatçıları tərəfindən istifadə edilir.