There are only 7 types of penis in the world
This is stated in an edition of the British newspaper Metro
05/Jul/24
1313
Dünyada yalnız 7 növ penis var
Bu barədə Britaniyanın Metro qəzetinin bir nəşrində deyilir.
Onu qeyd edək ki, mükəmməl penis deyə bir şey yoxdur. Onları müqayisə etmək yalnız məyusluğa və əzablara səbəb ola bilər. Fərdi gözəlliyimizdən həzz almaq daha yaxşıdır.
Belə baxanda, xarici görünüşümüzün təsnifatından həzz almağa da heç nə mane olmur. Bədən hissələrimizin müəyyən bir tipə uyğun gəldiyini bilməkdə təəccüblü təsəlliverici bir şey var, yəqin tək biz belə deyilik hissi yaratdığına görə.
iMEDicare idarəedici direktoru Darren Breen deyir ki, yalnız yeddi növ penis var. Onun şirkəti ayda 500-ə yaxın xəstə - yəni penis görür və buna görə də, şirkət cinsiyyət orqanının görünüşü haqqında hər şeyi bilir.
Qələm
Uzun və nazik, bütün boyu eyni ölçüdə olur.
Bibər
Ortalama penisdən daha qısa, lakin qeyri-adi dərəcədə yoğun olur.
Konus
Konus yuxarıya doğru daralır.
Banan
Əgər penisiniz sağa və ya sola əyilibsə, deməli sizin penisiniz banandır. Təbii, yüngül əyrilik problem deyil (hətta yataqda çox əyləncəli ola bilər), lakin həddindən artıq əyrilik görsəniz və ya zədədən sonra əyrilik baş verərsə, həkimə müraciət edin. Bəzi əyriliklər Peyronie xəstəliyindən qaynaqlanır, burada çapıq toxuması penisin əyilməsinə səbəb olur.
Çəkic
Çəkic aşağı hissəsi daha dardır və üstü xüsusilə geniş başla örtülmüşdür. Bir az göbələk kimi görünür.
Sosis
Bu ən çox yayılmış növdür - orta qalınlığa və uzunluğa malikdir, qalınlığı bütün uzunluğu boyunca saxlanılır. Adi sosis kimi.
Xiyar
Sosis kimidir, lakin daha qalındır. Bütün uzunluğu boyunca bərabər qalın.
Müəllif: Kərim
Powered by Froala Editor