Cinsi Orientasiyanın Mənşəyi

Yaşıl Elm platforması sizi növbəti maraqlı və aktual mövzuda olan elmi-kütləvi seminarımıza dəvət edir. Bu dəfə biz cinsi orientasiyanın bioloji əsasları haqqında söhbət açacağıq. Mühazirəçi uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Uroloqları Assosiasıyası, Avropa Uroloqları Cəmiyyəti, Türk Urologiya Cəmiyyəti, Türk Andrologiya Cəmiyyəti, Türk Qadın Urologiyası Cəmiyyətlərinin üzvü olan Vasif İsmayıl olacaq.

Seminarın mövzuları:

1) Cinsi davranışın modelləri
2) Cinsiyyət sisteminin inkişafı
3) Cinsi oriyentasiyanın biomedikal modelləri
4) Cinsi hormonlar və cinsi davranış
5) Cinsi davranışın genetik kökləri
6) Cinsi davranışın anatomik əsasları
7) Primatlarda homoseksual davranış
8 ) Erotik xəyallarda cins seçimi


Seminarın məqsədi: Ölkəmizdə stereotip kimi mövcud olan cinsi orientasiya məsələlərini elmi şərh etməklə, bu istiqamətdə maarifləndirici tədbirlərin görülməsi və bu mövzular haqqıda akademik elmi məlumatların paylaşılmasıdır.

Tarix: 09.06.2019/ Saat 15:00
Ünvan: Caspian Plazanın konfrans zalı.
Əlaqə: 0702262928 Taryel Abdullayev
Təçkilatçı; Yaşıl Elm Platforması
Giriş: Ödənişsizdir.
İştirak üçüm qeydiyyatdan keçmək şərtdir.
Link: https://forms.gle/XwJmkN37QfF8Lwr5A