LGBTQ+ online dating apps
Azərbaycanda insanlar onlayn proqramlardan kütləvi şəkildə istifadə etmir, edənlər də heç də həmişə elə proqramların sayəsində hansısa əlaqə qurmurlar.
11/Jun/19
11215
LGBTQ+ onlayn tanışlıq proqramları və onların inklüzivliyi
Azərbaycanda insanlar onlayn proqramlardan kütləvi şəkildə istifadə etmir, edənlər də heç də həmişə elə proqramların sayəsində hansısa əlaqə qurmurlar. Mən bilmək istəyirdim ki, məşhur tanışlıq tətbiqlərinin hansıları LGBTQ+ insanları üçün uyğundur və Azərbaycanda istifadəsi mümkündür. Lakin Azərbaycanda mümkünlüyündən asılı olmayaraq, mənə maraqlı gələn proqramları bölüşmək istəyirəm.
1. Grindr – kişilərlə tanış olmaq istəyən kişilər üçün yaradılması ilə məşhur idi. Grindr-a sonradan yeni bir funksiya əlavə edildi. Grindr- da gender olaraq kişi, qadın, qeyri-binar və başqa bir neçə variantlar təqdim olunur. Hətta şəxsin istifadə etdiyi əvəzlikləri (he/him, she/her, they/them) qeyd etməsi üçün xüsusi bir bölmə var. Bildiyim qədərilə, yenə də proqramın əsas istifadəçiləri kişilərlə əlaqəyə girmək istəyən kişilərdir.
2. Hornet – bu proqrama qeydiyyatdan keçərkən gey kişilər üçün olduğu vurğulanır. Grindr-dan fərqli olaraq, hornet kvir icması anlayışına daha çox əsaslanır və bu proqramda LGBTQ+ haqqında xəbərlər, şəhər turları, ərazidəki LGBTQ+ üçün dost məkanlar barədə məlumatlar da olur.
3. HER – kvir qadınlar tərəfindən kvir qadınlar üçün hazırlanmış bir proqram kimi təqdim olunur. Proqramın adı inklüziv səslənmir və yeni yaradılarkən ancaq cisgender qadınları nəzərə almışdılar. Sonradan gender hissəsinə ciskişidən başqa, saya biləcəyimiz bütün gender kimliklərini əlavə etdilər.
Qeydiyyatdan keçməyin 3 üsulu var, telefon nömrəsi, feysbuk və ya instaqram hesabı. Amma Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçmək mümkün deyil. Proqramda İran, Ermənistan, Rusiya və s. də daxil olduğu 200-dən çox ölkənin kodu var, amma hələ Azərbaycan üçün keçərli deyil. İnsanların bu proqramın öz ölkələrində tətbiqini edilməyini tələb etmək kimi bir seçimləri var: https://robyn13.typeform.com/to/DORqj9
Bu proqramda həmçinin müxtəlif kvir mövzulu səhifələri izləmək, yaxınlıqda baş tutan festival, yığıncaq və kinolarla bağlı məlumat almaq mümkündür.
4. OkCupid – proqram daha çox heteroseksual bir tarixə malik olsa da, kvir insanların istifadəsi üçün yararlıdır. Proqramın ən maraqlı xüsusiyyəti “heteroseksual insanların profilini görmək və onların mənim profilimi görməyini istəmirəm” deyə bir seçim şansının olmasıdır ki, kvir şəxslərin təhlükəsizliyinə xidmət edir. Lakin “axtarıram” bölməsindəki variantlar “qadınlar”, “kişilər” və “hamı” deyə qısıtlandırılıb. Qeydiyyatdan keçən şəxsin isə gender kimliyini ifadə etməsi üçün verilən variantlar daha müxtəlif və inklüzivdir.
Feysbuk hesabı, ya da email hesabı ilə qeydiyyatdan keçmək mümkündür.
5. Bumble – Tinderin feminist alternativi olaraq bilinir. Bu proqramda kişi və qadın uyğun görülərsə, ilk mesajı ancaq qadın yaza bilir. Bu özəlliyi media tərəfindən seksist olaraq tənqid edilib.
Əgər bir qadın başqa bir qadın, ya da qeyri-binar şəxslə uyğun görülübsə, və ya iki kişi bir-biri ilə uyğun görülübsə, hər iki tərəf ilk mesajı göndərməkdə sərbəstdir.
Proqramın ancaq romantik və seksual əlaqələrə fokuslanmamağı maraqlı bir özəlliyidi. Xüsusi olaraq ancaq dostluqla maraqlanmağı seçmək sansı da var.
6. Tinder – ən çox istifadə olunan proqramlardan biridir, Azərbaycanda istifadəsi mümkündür, demək olar hamının bildiyi kimi. Lakin inklüzivlik baxımından o qədər də yararlı deyil. Belə ki, qeydiyyatdan keçərkən gender kimliyi üçün sadəcə iki variant təqdim edir. Maraqlandığımız insanlar üçün də variantlar “qadınlar”, “kişilər”, “qadınlar və kişilər” olur. Maraqlandığınız gender olaraq, məsələn, “qadınlar” yazsaz belə, arada, hətta bəzi günlər tez-tez kişi profilləri də təqdim edə bilir. Səbəbi aydın deyil.
Bunlardan başqa Chappy (kvir kişilər üçün), LGBTQutie, Scissr (kvir qadınlar üçün) və s. kimi proqramlar mövcuddur.
Sam.