AKP və Yeniden Refah protokol imzalayıb
Türkiyədə AKP və Yeniden Refah Partiyası mənəvi dəyərlərə zidd hərəkətlərin qarşısının alınması üçün hüquqi tənzimləmə protokolu imzalayıb
31/Mar/23
1141
AKP və Yeniden Refah protokol imzalayıb
Türkiyədə AKP və Yeniden Refah Partiyası mənəvi dəyərlərə zidd hərəkətlərin qarşısının alınması üçün hüquqi tənzimləmə protokolu imzalayıb. Bu barədə Kaos GL məlumat verib.
Hüquq müdafiəçiləri LGBTQİ+lar və təşkilatlara qarşı mümkün basqılardan narahat olduqlarını bildiriblər.
Yeniden Refah Partiyası müstəqil namizədliyini elan etdikdən sonra Xalq İttifaqına daxil olub. İttifaq protokolu YSK-ya təqdim edilməzdən əvvəl protokol imzalanıb.
AKP 6284 saylı Ailənin Mühafizəsi və Qadına Şiddətin Qarşısının Alınması haqqında Qanunun ləğvi üçün təzyiq altındadır. Qəbul edilən tələblər arasında ziddiyyətli müddəaların, hüquqi tənzimləmələrin aradan qaldırılması və ictimai səhiyyə sazişlərinin milli maraqlara uyğunlaşdırılması daxildir.
Powered by Froala Editor