Tory hökuməti Uqandada anti-LGBTQİ+ qrupları maliyyələşdirib

Jurnalistika və Sosial Dəyişiklik İnstitutunun (IJSC) hesabatında bildirilib ki, Böyük Britaniya hökuməti Uqandada anti-LGBTQİ+ qruplara maliyyə ayırıb.

Hesabat Uqandada beynəlxalq donorlar və anti-LGBTQİ+ təşkilatları arasında əlaqələrin “heyrətləndirici” miqyasını vurğulayıb.

2014-cü ildən bəri Böyük Britaniya və ABŞ kimi ölkələrin anti-LGBTQİ+ təşkilatların iştirak etdiyi layihələrə 75 milyon dollar ianə etdiyi bildirilib. Bu maliyyənin hər hansı hissəsinin xüsusi olaraq anti-LGBTQİ+ fəaliyyətləri maliyyələşdirdiyinə dair heç bir sübut olmasa da, Uqanda Dinlərarası Şurası (IRCU) Böyük Britaniyadan birbaşa olaraq 100,000 funt sterlinqdən çox yardım alıb. 

2014-cü ildə IRCU və digər mühafizəkar dini qruplar Uqandada ölüm cəzasının da daxil olduğu anti-LGBTQİ+ qanunvericiliyinin irəli sürülməsində iştirak ediblər. Qanun layihəsi etibarsız sayılıb, lakin IRCU o vaxtdan qanunu Uqanda parlamentinin müzakirəsinə qaytarmağa söz verib.

Təklif olunan qanun ölüm cəzasının da mümkün olacağı bir cəza ilə kuir olmağı faktiki olaraq qanunsuz edəcək.



Powered by Froala Editor

Recommended for you