Jurnalist Sevinc Vaqifqızı ”Nərgiz” mükafatı alıb

Mükafatı onun anası Ofelya Məhərrəmova qəbul edib.

Mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis edilən mükafat 2023-cü ildə jurnalist Sevinc Vaqifqızına verilib.

Hazırda həbsdə olan jurnalist Sevinc Vaqifqızı “AbzasMedia”nın baş redaktorudur. O, qaçaqmalçılıqda ittiham edilir. Özü isə həbsinin sırf korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirib. İttiham olunduğu maddə ilə o, 5 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Mükafatın Sevinc Vaqifqızına verilməsi bu gün, dekabrın 23-də Müsavat Partiyasının qərargahında keçirilən mərasimdə açıqlanıb. Mükafat Sevinc Vaqifqızının anasına təqdim edilib.

“Nərgiz” mükafatı 2015-ci ildə hepatit xəstəliyindən vəfat etmiş gənc ictimai fəal Nərgiz Yaqublunun xatirəsinə təsis edilib.

Powered by Froala Editor