Diesel Tom of Finland ilə Qürur ayı kolleksiyası çıxarıb

İtalyan geyim brendi Diesel kuir rəssam Touko Laaksonen-in fondu ilə əməkdaşlıq edərək Qürur Ayını qeyd edir.

Bu, Diesel brendinin Qürur Ayı ərzində rəssamla üçüncü iş birliyi olacaq. Tom of Finland Fondu Finlandiyalı Tom kimi tanınan rəssam Touko Laaksonen-in erotik əsərlərini qorumaq üçün yaradılmış qeyri-kommersiya fondudur. 

Xüsusilə gey və bi icmalarından olan bir çox kuirlər onun işi ilə tanışdırlar. Finlandiyalı Tom təxəllüsü ilə daha çox tanınan Touko Valio Laaksonen çoxsaylı homo-pornoqrafik rəsmləri ilə homoseksual subkulturaya təsir edən fin rəssamıdır.

Diesel LGBTQİ+ icması şərəfinə xüsusi olaraq hazırlanmış "Diesel&Tom of Finland Foundation Pride" geyim kolleksiyasını elan edib. Bu tərəfdaşlıq vasitəsilə Diesel fondun 40 illik yubileyini qeyd edərək, brendin söz azadlığı, seksuallıq və fərdiyyətçilik mesajını gücləndirmək məqsədi daşıdığını söyləyib.



Powered by Froala Editor