Kamerun prezidentinin qızı kaminq-aut edib
Prezident Paul Biyanın qızı Brenda Biya iyunun 30-da rəsmi olaraq öz sosial şəbəkə hesabında qadın sevgilisi ilə öpüşdüyü fotosunu paylaşıb
07/Jul/24
545
Kamerun prezidentinin qızı kaminq-aut edib
Homoseksual münasibətlərin cinayət hesab edildiyi ölkədə prezident Paul Biyanın qızı Brenda Biya iyunun 30-da rəsmi olaraq öz sosial şəbəkə hesabında qadın sevgilisi ilə öpüşdüyü fotosunu paylaşıb.
O qeyd edib: “Səni dəli kimi sevirəm və istəyirəm ki, bunu dünya bilsin”.
Kamerunda homoseksuallıq cinayət hesab edilir və eynicinsli seksual və ya romantik əlaqədə olan şəxslərə 5 ilə qədər həbs cəzası verilir. Ölkənin kuir icması sistemli şəkildə zorakılığa və diskriminasiyaya məruz qalır.
Sosial şəbəkə istifadəçiləri təəssüflə rəy bildiriblər ki, “qanunlar yanlız kasıblar üçündür”. Bir qism istifadəçi isə onun bu cəsarətini alqışlayır və icmanın yanında olduğuna sevinir.
Bəs sizcə, prezidentin qızı digər kuirlər kimi həbs edilməlidirmi?
Müəllif: Aleks Şah
Powered by Froala Editor