ILGA-Avropa 2025 Göy Qurşağı Xəritəsi
ILGA-Avropa tərəfindən hazırlanan Göy Qurşağı Xəritəsi Avropada LGBTQİ+ hüquqlarının vəziyyətini qiymətləndirir
25/May/25
166
ILGA-Avropa 2025 Göy Qurşağı Xəritəsi
ILGA-Avropa tərəfindən hazırlanan Göy Qurşağı Xəritəsi Avropada LGBTQİ+ hüquqlarının vəziyyətini qiymətləndirir. Bu il Azərbaycan 2.25% göstərici ilə 48-сi sırada yer alıb..
Göy Qurşağı Xəritəsidə 49 ölkənin hüquqi çərçivələri, bərabərlik siyasətləri və insan haqları sahəsində LGBTQİ+laerın müdafiəsi qiymətləndirilir. Bu il Böyük Britaniya, Macarıstan və Gürcüstan kimi ölkələrdə anti-LGBTQİ+ qanunvericiliyin artması ciddi geriləmələrə səbəb olub.
"Böyük Britaniya, Macarıstan, Gürcüstan və digər ölkələrdə baş verənlər təkcə lokal geri addımlar deyil, eyni zamanda LGBTİ hüquqlarını silməyə yönəlmiş qlobal hücumdur," — deyə ILGA-Avropanın hüquq müdafiəsi direktoru Katrin Hugendubel bildirib.
Azərbaycan qanunvericiliyi LGBTQİ+ vətəndaşlar üçün heç bir hüquqi qoruma təmin etmir: nə ayrı-seçkiliyə qarşı qanunlar, nə nifrət cinayətləri ilə bağlı tənzimləmə, nə də eynicinsli münasibətlərin tanınması və ya genderin hüquqi tanınması mövcuddur. Həmçinin, LGBTQİ+ icmasının toplaşma azadlığı da tez-tez pozulur.
Əksinə, Malta 10 ildir liderlik edir. Belçika (85%) və İslandiya (84%) isə anti-nifrət qanunları və inklüziv siyasətləri ilə üst sıralardadır. Rumıniya, Polşa və Bolqarıstan isə Aİ daxilində ən aşağı göstəricilərə sahibdir.
Azərbaycanın 2025 Göy Qurşağı Xəritəsi göstəriciləri ilə tanış olun
Powered by Froala Editor