İllik İcmal – Azərbaycan I
Avropanın Gey və Lezbiyanların Beynəlxalq Assosasiyasının (İLGA-Europe) 2019-cu il üçün Azərbaycana dair illik icmalı.
15/Feb/20
3374
İllik İcmal – Azərbaycan I
Avropanın Gey və Lezbiyanların Beynəlxalq Assosasiyasının (İLGA-Europe) 2019-cu il üçün Azərbaycana dair illik icmalı.
Bu icmal 2019-cu ilin yanvar ayından dekabr ayına qədər olan tarixi əhatə edir. İcmal İLGA-Europe və Azərbaycandan olan LGBTİ və kuir hüquqları üzrə ixtisaslaşmış insan hüquq müdafiəçiləri tərəfindən hazırlanmışdır.
İcmalın mətninin birinci hissəsi ilə aşağıda tanış ola bilərsiz. İcmalı hissə-hissə paylaşacağıq.
Sığınacaq
Almaniyada qorxu və qeyri-müəyyənlik içində yaşayan azərbaycanlı mühacirin şəxsi hesabı dekabr ayında ictimai şəkildə yayımlanıb.
Nifrət Nitqi
Fevral ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva tədbirlərin birində homofobik çıxışlar edərək, Qərbi (Avropa ölkələrini) başqalarına eyni-cinsli nikah tətbiq etməyə çalışdığına görə tənqid edib.
Şiddət
LGBTİ-lərə qarşı nifrət cinayətləri bu il ciddi bir problem olaraq qalıb. Fevral ayında Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan höküməti ilə “A. və 24 digəri Azərbaycana qarşı” məhkəmə işi ilə əlaqədar olaraq kommunikasiyaya başlamışdır. Məhkəmə 2017-ci ilin sentyabr ayında 80 nəfər yaxın şəxsin saxlanılması və işgəncələrə məruz qalmasını pisləyib.
Aprelin 1-də Bakıda ən azı səkkiz gey və trans seks işçiləri olan LGBTİ-lərin saxlanılması yeni həbs dalğasınaişarə oldu. Saxlanılanlardan çoxu polis tərəfindən görüşə çağırıldıqdan sonra polis bölməsinə aparılmışdır. Bir neçə gün sonra ən azı yeddi nəfər, onlardan bəziləri öz evlərində saxlanılmışdır. Əksəriyyəti məcburi şəkildə seksual yolla ötürülən xəstəliklərin yoxlanışına cəlb olunmuşdur. Bəziləri İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə cəzalandırılıb, digərləri isə 535.1-ci (polis əməkdaşlarının qanuni əmrinə tabe olmamaq) maddəsi ilə 10-30 gün müddətinə azadlıqdan məhrum ediliblər.
“Görüş yerinə bizi çağırıb çatanda, elə ordaca qandallayıb apardılar” – reyd qurbanı Minority Azərbaycana bildirib.
Aprelin 2-də Bakıda gey seks işçisi oğurluq və şantaj qurbanı olub. Günahkar saxlanılmışdır.
İyunun 28-də Mərdəkandakı çimərlikdə 5 trans qadın 15 nəfərlik bir qrup tərəfindən fiziki zorakılığa məruz qalıb. Hücum edənlərdən 4-ü həbs olunub.
İyulun 6-da transgenderə qarşı taksi gözləyərkən bir klubun kənarında hücum olunub. Hücum edən şəxs sərxoş və aqressiv imiş, qurbanın gender kimliyi barədə suallar vermişdir. Hadisə ilə bağlı polisə şikayət edilməmişdir.
Sentyabr ayında bir gey ailəsini "rüsvay etdiyi" üçün ailə üzvləri tərəfindən döyülüb, təcavüz edilib və kəndən qovulub. Zərərçəkən keçən il başına gəlmiş şiddəti və zorlanma hadisəsini şikayət etmişdir. Onu zorlayan və vəhşicəsinə davrananların çəkdiyi şəkillər bu il üzə çıxmışdır.