Azərbaycan LGBTİ+ təşkilatlarının birgə bəyanatı
Nəfəs LGBTİ Azərbaycan Alyansı, Minority Azərbaycan, AZAD LGBTİ Kollektivinin birgə Bəyanatı
11/Mar/21
4008
Nəfəs LGBTİ Azərbaycan Alyansı, Minority Azərbaycan, AZAD LGBTİ Kollektivinin birgə Bəyanatı
Hər il milyonlarla qadın, cis-qadın və kuir icma 8 mart tarixini dünyada Ümumdünya Qadınlar Günü kimi qeyd edir. Bu gün hələ 1908-ci ildə Nyu-Yorkda sosial-demokrat qadın hərəkatının təşəbbüsü ilə 15 mindən çox qadının yürüş keçirməsi ilə başlamış və hər il dünyanın müxtəlif yerlərində qadın və cis-qadın hüquqları, onlar üçün təhlükəsiz mühitin yaradılması, hüquqlarının tanınması və qorunması naminə müxtəlif tədbirlərlə müşaiyət olunur.
Azərbaycanda da artıq 3-cü ildir ki, feministlər yürüş təşkil edir. 2019-cu ildə yürüşün əsas sloqanı "Zorakılığa qarşı get", 2020-ci ildə “Bizimdir hürr küçələr” olub. Bu il də ənənəvi olaraq feministlər 8 Marş Yürüşü keçirdi. Yürüşün sloqanı “Haqlarımız uğrunda” idi.
Keçən il yürüş ərəfəsində feminist və yürüş təşkilatçısı Gülnara Mehdiyevanın hesabları ələ keçirilmişdir. Ələ keçirilən informasiya və şəxsi məlumatlardan istifadə edərək, hökumət feminist aktivistin fəaliyyətini əhəmiyyətsizləşdirməyə çalışırdı.
Builki yürüş zamanı isə feminist fəal Nərmin Şahmarzadənin Facebook hesabı ələ keçirilmiş və şəxsi məlumatları fəaliyyətini əhəmiyyətsizləşdirmək üçün istifadə olunur.
Biz Nəfəs LGBTİ Azərbaycan Alyansı, Minority Azərbaycan, AZAD LGBTİ Kollektivi olaraq müttəfiq hərəkat olan feminizmə və feministlərə qarşı aparılan siyasi repressiyanı pisləyirik, təzyiqlərə məruz qalan feminist fəallara dəstəyimizi ifadə edirik və onlara qarşı aparılan çirkin kampaniyaların dayandırılmasını tələb edirik!
Powered by Froala Editor