LGBTQ+ üçün xeyriyyə gecəsini polis dağıdıb
Moskvada LGBTQ+ üçün xeyriyyə gecəsini polis dağıdıb
18/Apr/21
2762
Moskvada LGBTQ+ üçün xeyriyyə gecəsini polis dağıdıb
Polis Moskvanın “Flakon” art-məkanında LGBTQ+ üçün “Mənə sevgini göstər” adlı xeyriyyə gecəsini dağıdıb. Bu haqda tədbirin təşkilatçıları instaqram storilərində məlumat verib:
“Polislər əraziyə daxil olaraq, bütün qonaqların yerləşə biləcəyi terrası açmağa icazə verməyib. Sonra bizə uzun müddət müxtəlif bəhanələrlə qonaqları qəbul etməyə imkan yaratmayıblar, lakin deyiblər ki, məsələ həllini tapacaq. İndi isə mülki formalı polislər təşkilatçılara bildirdi ki, tədbir dayandırılmasa, saxlanılmalar başlayacaq.”
Təşkilatçılar tədbirin qonaqlarını “riskə ata bilməyəcəklərini” deyiblər.
Polislərdən əlavə, “Mənə sevgini göstər” adlı xeyriyyə gecəsinə Kremlyönümlü NOD və SERB hərəkatının aktivistləri gəlib, bu haqda Sota Vision məlumat verir. Nəşriyyatın sözlərinə görə, onlar “təcili psixiatrik yardım” kostyumu geyiniblər.
Mənbə: Meduza
Powered by Froala Editor