Gey cütlük "qorxunc" homofobik dəstə tərəfindən giriş qapılarından bir neçə metr aralıda vəhşicəsinə döyülüb

Gey klubun yaxınlığından homofobik dəstə tərəfindən şiddətli döyüldükdən sonra gey cütlüyün qabırğaları sınıb və digər xəsarətlər alıblar. 

Echo News bilidirb ki, Dan Wilson və Rob Morrisə Basildonda Colors gecə klubunun qarşısında 10 oktyabr bazar günü səhər saatlarında hücum edilib. 

Morris mənzillərindən bir neçə metr aralıda baş verən hücum zamanı drag-queen kimi geyinib. Cütlük gecə klubundan gecə 1:00-da ayrılıb, lakin beş nəfərlik qrup tərəfindən tez bir zamanda tutulublar.

"Dəhşətli idi, silahlarının olub-olmadığını bilmirdik," deyə Wilson Echo Newsa bildirib.

"Rob o vaxt drag queen kimi geyinmişdi. Bizə dərhal bizum üstümüzə gəldiklərini başa düşdük.

"Yaralar və zədələrlə örtülmüşdük və qabırğalarım sınıb."

Wilson partnyoru Morrisin hücum zamanı "daha pis vəziyyətdə olduğunu" söyləyib. Hər iki şəxs homofob dəstə tərəfindən başından zədə alıb. 

Powered by Froala Editor